Mbappe PSJ-nin fantastik təklifini qəbul etmədi
PSJ rəhbərliyi hələ də Kilian Mbappe ilə yayda başa çatacaq müqaviləni uzatmağa çalışır.
Bununla bağlı futbolçu ilə danışıqlar intensiv şəkildə aparılır, lakin qeyd olunur ki, fransalının müqaviləsini uzatması ehtimalı olduqca zəif görünür.
Klub prezidenti Nasser Əl-Xelayfi də bütün əlaqələrindən istifadə etsə də, Mbappeni razı sala bilməyib. K.Mbappenin imtina etdiyi təkliflərdən birində isə futbolçunun vergini ödədikdən sonra 45 milyon avro qazanmasının nəzərdə tutulduğu bildirilir.
Mənbə: Le Parisien.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.