Vətəndaşların müraciətlərinə hansı müddətə baxılır?
Sual: Vətəndaşların müraciətlərinə hansı müddətə baxılır?Cavab:Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə isə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə qeyd olunan müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.