Məktəblilərlə bağlı həyəcan təbili: “Patı” bədəni çürüdür
Son vaxtlar rayon və kəndlərdə narkotik vasitələrdən istifadədə kəskin artım olduğu barədə həyəcan təbili çalınır. Uyuşdurucu tərkibli vasitələrin istifadəçiləri əsasən gənclər və məktəblilərdir.HesenEskeri.az Modern.az-a istinad edərək xəbər verir ki, məlumata görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nigar Əliyeva qurumda keçirilən müzakirələrdə bildirib.
Tibb baş idarəsinin inspektoru, həkim-narkoloq Fərman Fərmayılov deyib ki, ilkin istifadə zamanı aldadıcı təsirlərdən sonra maddədən asılı olan xəstə formalaşır:
““Patı” istifadəsi zamanı insanı uzun müddət enerjili saxlayır, yatmır. Hətta bəzi qadınlar bundan arıqlamaq üçün istifadə edirlər ki, sonradan onun aludəçisinə çevrilirlər. Maddələr mübadiləsini sürətləndirir, orqanizmdə aclıq-susuzluq hiss olunmur. Bir müddət sonra orqanizmin daxili imkanlarının tükənməsinə və çürüməsinə səbəb olur ki, geridönüşü mümkün olmur”.
Qeyd edilib ki, “Patı” sintetik maddələr olduğundan, adi laboratoriyalarda hazırlanır və böyük təhlükə törədir.
Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki-kimyəvi ekspertizalar şöbəsinin rəisi Elgün Aslanov isə qeyd edib ki, narkomanlıq insanların sağlamlığına böyük təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan haldır:
“Bu maddələrə meyl edənlər əsasən problemli, assosial ailələrin övladlarıdır”.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.