Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Apteklərdən pulsuz dərman almaq mümkün olacaq
"İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən olunacaq". Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli "Xəzər Xəbər"ə bildirib.
Onun sözlərinə görə, İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.
Qeyd edək ki, heç bir sui istifadə hallarına yol verməmək şərtilə bu istiqamətdə nəzarət mexanizmləri qurulacaq.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.