NİYƏ HAMI WHATSAP-DAN TELEQRAMA KECİD EDİR. -WHATSAPPIN YENI TƏHLÜKƏSİZLİK QAYDALARI-
Artıq "WhatsApp" tətbiqetməsini istifadə etmək istəyənlər müqavilə qəbul etməlidir. "WhatsApp"-ın verdiyi rəsmi açıqlamalara görə, istifadəçilərin məlumatları artıq "Facebook" ilə paylaşılacaq.
Qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcəkdir.
Qeyd etmək istədim ki, bir neçə gündü danışılan bu məsələ əvvəlki dövrlərdə də var idi. Sadəcə indi rəsmi formada təqdim olunur. Ola bilər bəzi sosial şəbəkə istifadəçiləri fikir verməyib, amma düşünün biz bir sosial şəbəkədə hərhansısa bir şey haqqında maraqlanırıqsa və ya danışırıqsa, digər sosial şəbəkələrdə onunla bağlı reklamlar çıxır. Hətta məkan (location) açıq olduqda hərhansı məkanda olanda belə, orda olan məkanı (location) açıq olan şəxslər, həmin yerin səhifəsi sosial şəbəkədə qarşımıza çıxır qarşımıza çıxır. Yəni Süni İntellektdən (Artificial Intelligence) istifadə edərək, bizim almağı düşündüyümüz məhsulu, getmək istədiyimiz yerləri bizi əziyyətə salmadan bizim istədiklərimizi qarşımıza çıxarır. Bir söznən bizi bizdən yaxşı tanımağa çalışırlar.
Bu məsələnin tək yaxşı tərəfi kimi fikirləşdiyimiz şey istədiyimiz məhsul axtarmadan qarşımıza çıxmasıdır, amma fikirləşmirik ki, o məhsulu axtarsaq daha az vaxtımızı itirərik.
Pis tərəfləri isə, saydıqca bitmir. Bizim fikirlərimizi, yazışmalarımızı oxuyaraq, bizi reklam verən şirkətlərə satırlar. Şirkətlər reklam vermək üçün pul ödüyür, bizim diqqətimizi də əks-cavab olaraq, həmin şirkətlərə satırlar.
Bəs siz "Whatsapp"dan imtina edəcəksinizmi❓
QEYD: Yenilənmə xəbərdarlığından sonra "Whatsapp"ın geniş yayıldığı Türkiyə və digər ölkələrdə bu proqramdan kütləvi imtinalar oldu və hələ də davam edir. "Whatsapp"la vidalaşanların böyük əksəriyyəti "Telegrama" üz tutub. Nümunə üçün Selçuk Bayraktarın adını çəkə bilərik. O bunu şəxsi "Twitter" hesabında açıqlayıb.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.