AZƏRBAYCANDA COVID-19, QARŞI EDİLƏCƏK PEYVƏNDİN VAXTI AÇIQLANDI
Azərbaycanda koronavirusa qarşı vaksinin tətbiq olunacağı vaxt açıqlanıb.
heseneskeri.az Oxu.Az-a istinad edərək xəbər verirki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, 2021-ci il, yanvarın əvvəlindən etibarən COVID-19-a qarşı vaksinin vurulması planlaşdırılır:
“Türkiyə və Azərbaycan vətəndaşları eyni vaxtda koronavirusa qarşı peyvənd olunacaq”.
“Türkiyənin seçdiyi vaksinə güvənirik. Biz də eyni peyvənddən almağa qərar verdik. Bununla bağlı müqavilələr bağlanıb. Hər sahədə olduğu kimi pandemiya ilə savaşda da biz Türkiyə ilə eyni yolu davam edəcəyik”, - deyə o qeyd edib.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.