• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2022 23-10, 19:14

Bitmək bilməyən uşaq pulu DƏRDİ - FOTO



Azərbaycanda vaxtaşırı gündəmə gətirilən mövzulardan biri də uşaq pulunu verilməsiylə bağlıdır. Pandemiyadan əvvəl bu barədə həm ictimaiyyətdə, həm də Milli Məclis səviyyəsində dəfələrlə müzakirələr aparılsa da, yekun nəticə əldə olunmayıb. Son iki il ərzində isə demək olar ki, məsələ ilə bağlı müzakirələr tam səngiyib. 
Maraqlıdır, uşaq pulu yenidən Milli Məclisin gündəliyinə salına bilər?
Məsələ ilə bağlı açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev uşaq pulunun bərpasının gündəlikdə olmadığını vurğulayıb:

“Yaxın vaxtlarda da gündəlikdə olası mövzu deyil. Mən o barədə heç düşünmürəm”.
Bəs görəsən, inflyasiyanın yüksək həddə olduğu bir vaxtda ailələrin rifahını yaxşılaşdırmaq üçün nə etmək lazımdır? Həmçinin uşaq pulunu bərpası üçün hansı tədbirlər görülməlidir?
İqtisadçı-ekspert Emin Qəribli ilk olaraq uşaq pulu ilə bağlı ciddi araşdırmalara ehtiyac olduğunu vurğulayıb:

Düşünmürəm ki, kimsə uşaq pulunun verilməsinə etiraz etsin. Sadəcə burada başqa bir məsələ var. Fikrimcə, maliyyə resurslarının haradan əldə olunmasıyla bağlı mənbələr göstərilməlidir. Bizim büdcəmizin ümumdaxili məhsulun payı kifayət qədər çoxdur. Ona görə də başqa müvafiq resurslar axtarılmalı, tapıldıqdan sonra isə uşaq pulunun verilməsinin səmərəliliyi təmin olunmalıdır. Bütün bunlar üçün isə tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin beynəlxalq təcrübəyə də diqqət yetirilməlidir”. 
Ekspert bu gün əhalinin müəyyən qədər yardıma ehtiyacı olduğunu düşünür: 
“Yardımın ayrı-ayrı modelləri var ki, bunu Azərbaycana uyğunlaşdıraraq tətbiq etsək, daha yaxşı olar. Məsələn, başqa ölkələrdə təcrübə var ki, valideyn təhsil haqqı ödəyirsə, ailəyə müəyyən yardımlar göstərilir. Yəni kriteriyalar müəyyənləşməli, sonra qərar qəbul olunmalıdır. 
Hazırda bizdə sosial təzminatlar kifayət qədər çoxdur, çünki bu gün yüz minlərlə məcburi köçkünümüz var, onlara yardım göstərilir. Gələcəkdə onlar doğma torpaqlarına qayıtdıqda, təbii ki, büdcədə müvafiq resurslar yaranacaq və onları lazımi istiqamətlərə yönəltmək mümkün olacaq. Çünki büdcə tərtib olunanda bütün amillər nəzərə alınır. Ona görə də hesab edirəm ki, uşaq pulunun verilməsi məsələsi hökumətdən asılıdır”.
Sayad Həsənli
​Mənbə : Oxu.az

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 23-10, 19:14

Tarix

Xəbərlər

Bölmə
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə yoxdur“ - Yaşar
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Siyasət
Əli Əsədov iclas keçirdi - Bahalaşma müzakirə edildi
Səhiyyə
Pandemiya nə vaxt bitəcək? - Həkim və astroloqun PROQNOZU: “Virusa qarşı
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum