Şuşa və Ağdama qaz xətlərinin çəkilməsilə bağlı işlərə başlanılıb
İşğaldan azad edilən ərazilərimizin qazlaşdırılması ilə bağlı layihələndirilmə işlərinə başlanılıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub.
“Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, həm də şəhərdaxili qaz xətləri şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.
Mart ayında biz layihələndirmə işlərini başa çatdırmağı planlaşdırırıq. Layihələndirmə işləri başa çatdırıldıqdan sonra maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə başlanacaq”, – məlumatda bildirilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.