• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Səhiyyə // 2022 20-09, 17:52

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Hazırda yayılan xəstəliklərin təxminən 48-72 saat kəskin dönəmi mövcuddur”


Uşaqlar arasında üç gün qızdırma ilə müşahidə edilən xəstəlik yayılıb. Bir müddətdir davam edən virus artıq valideynlər arasında narahatlığa səbəb olub. Onun hansı formada və necə yayıldığını izləmək olmur.
İlkin simptom kimi hərarət, qusma və halsızlıq olduğu deyilir. Valideynlər bildirirlər ki, dərman belə, uşaqlarda hərarəti endirmir. Məktəblərin açılması valideynlərin narahatlığını bir az da artırır.
Valideynlər hansı halda dərhal həkimə müraciət etməlidirlər? Bu virusdan uşaqları necə qorumalı? 
Mövzu ilə əlaqədar sualları K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev cavablandırıb. 
O bildirib ki, hazırda uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır:
“Hər-hansı yeni aşkar olunan virus və ya bakteriya növü mövcud deyil. Uşaqlarda müayinə zamanı daha çox yuxarı tənəffüs yollarının infeksiyası olaraq adenoviruslar və influenzaviruslar üstünlük təşkil edir. Bununla yanaşı, mədə-bağırsaq sistemini tutan, qastroenteritə səbəb olan enteroviruslar, rotaviruslara da pasiyentlər arasında rast gəlinir. 
Hazırda xüsusi təhlükəli hər hansı bir infeksiya aşkarlanmayıb. Bütün virus infeksiyaları kimi, hazırda yayılan xəstəliklərin də təxminən 48-72 saat kəskin dönəmi mövcuddur. Sözügedən müddətdən sonra isə tədricən temperatur düşür və xəstə özünü yaxşı hiss etməyə başlayır”.
“Bu dönəmdə xüsusilə 1-6 aylığında olan körpələrə qarşı daha diqqətli olmaq lazımdır. Hərarət 24 saatdan çox davam edərsə, qusma və ishal olarsa, körpənin çoxlu maye itirməməsi (dehidratasiyaya məruz qalmaması) üçün erkən dönəmdə həkimə müraciət etmək məqsədəuyğundur”, - deyə həkim qeyd edib.
Könül Cəfərli

Mənbə : Oxu.Az

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 20-09, 17:52

Tarix

Səhiyyə

Bölmə
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Səhiyyə
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza baxmayaraq...” -
Dünya / Səhiyyə
UŞAQLAR ARASINDA KÜTLƏVİ XƏSTƏLƏNMƏ -VALİDEYNLƏR TƏŞVİŞDƏ-
Səhiyyə
Dünya əhalisi daha nə qədər COVİD-lə yaşamalı olacaq? - MÜTƏXƏSSİS RƏYİ
Xəbərlər / Dünya
VİRUSDAN XİLAS YOLU TAPILIR AZƏRBAYCANLI HƏKİM YENİ ELMİ NƏTİCƏNİ ŞƏRH EDİR
Səhiyyə
"Əgər uşağın qızdırması varsa..." - Nazirlik
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum