Misir Qasımlının vəkili: “Erməni izinin olduğu bir daha sübuta yetirildi” - YENİLƏNİB + VİDEO
Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva açıqlamasında deyib.
Onun sözlərinə görə, son bir neçə məhkəmədir ki, bıçaqlanma məsələsi yenidən gündəmə gətirilib:
“Zərərçəkmiş ona maşında bir bıçaq zərbəsi endirildiyini deyirdi. Şalvarı da ekspertizaya təqdim olunmuşdu. Ötən prosesdə şalvarı maddi sübut olaraq açdılar. Önündə üç deşik, arxasında 6 deşik var idi. Polislər özləri şalvarı deşik-deşik ediblər. Lakin zərərçəkmiş ifadəsində bir dəfə vurulduğunu söyləmişdi. Xəsarət də qeydə alınmayıb. Sual olunur ki, maşında əyləşən biri arxadan necə vurula bilər?
9 bıçaq zərbəsindən qan aparardı. Maşından qan tapılmayıb. Daha sonra heyvan qanını töküblər. Şalvardakı qanın isə ümumiyyətlə mənşəyi bilinmir. Ekspertiza müəyyən edə bilməyib, bununla bağlı rəy verib”.
Vəkil ötən gün məhkəmədə təqdim olunan rəyi hakimin qəbul etmədiyini qeyd edib:
“Rəyin qəbul edilməməsi ilə bağlı etiraz etdik. Sübutları ilk məhkəmələrdə vermək mümkündür. Sonuncuda qəbul olunan deyil. Hakim də qəbul etmədi. Onlar saxta rəy alıblar. Rəy var idisə, vaxtında verilməli idi. Hakim xüsusi qərar çıxarıb, rəyi yoxlanışa göndərə bilərdi. Lakin göz yumdu. Maddi sübut kimi sadəcə olaraq qəbul etmədi. O hissə xeyrimizə oldu”.
A.Rəfiyeva hakimin məhkəməyə hazır qərarla gəldiyini söyləyib:
“Sübut olmadığına görə, bəraət veriləcəyini düşünürdüm. Misir Qasımlı və Sübhan Quliyev 1 il 8 ay orada yatıblar. Misir ötən gün məhkəmədə hər şeyi qaydasında danışdı. Heç nəyi unutmadı. Bütün detalları dedi. Hakim hazır qərarla gəlmişdi. Hakim məhkəmə prosesində canlı efirə icazə verirdi ki, özünün hər şeyə açıq olduğunu göstərsin. Hətta Misir və Sübhan etiraz edəndə də onları zaldan kənarlaşdırmırdı”.
Aygül Rəfiyeva zərərçəkmişin məhkəməyə ümumiyyətlə videogörüntü ilə də qoşulmadığını söyləyib:
“Zərərçəkmiş məhkəmədə yenə iştirak etmədi. Əvvəllər video ilə qoşulurdu. Bir neçə məhkəmədir ki, videogörüntü ilə də qoşulmur. Ötən gün erməni izinin olması bir daha sübut olundu. Bizdən qabaq onların xəbəri var idi. Nalayiq ifadələrlə paylaşımlar edirlər. Misiri oradan çıxmağa qoymayacaqlar. Öldürməsələr, yaxşıdır. Hər şey bizim xeyrimizə olsa da, hakim xeyrimizə deyildi.
Ombudsman da onlara xəbər göndərmişdi. Biz sevindik ki, yaxşı nəticə alacağıq. Əksi ilə üzləşdik. Prokuror, zərərçəkmişin vəkili 10 il həbs istədilər. Hakim 8 il verdi. Həmin adamın psixoloji problemləri var. Narkotik maddələrin təsiri altında olub”.
09:24
Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya və onun dostu Sübhan Quliyevə hökm oxuyub.
Ukrayna mətbuatı xəbər verir ki, adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən dərhal sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz ediblər.
Məhkəmə salonunda gərginlik yaşanıb.
Xatırladaq ki, təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev milliyətcə erməni olan şəxslər tərəfindən şərləndiklərini iddia edirlər.
Mənbə : oxu.az
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.