• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Dünya // 2023 12-02, 12:47

Türkiyə ilə bağlı HEYRƏTAMİZ iddia: Zəlzələ hansı yolla törədilib?

Türkiyənin Kahramanmaraş, Malatya, Diyarbakır, Osmaniye, Hatay və digər şəhərlərində çoxsaylı insan ölümünə səbəb olan zəlzələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Sosial şəbəkələrdə gedən qızğın müzakirələrdə zəlzələnin süni şəkildə yaradılmasına dair şübhəli məqamların olduğu deyilir. Belə düşüncənin səbəbi HAARP texnologiyasıdır. Türkiyədəki dağıdıcı zəlzələnin məhz bu texnologiya vasitəsi ilə Qərb tərəfindən törədilməsi ehtimalını irəli sürənlər də var.
Bəs HAARP nədir?
Modern.az xəbər verir ki, HAARP iyonosferin xüsusiyyətlərini və davranışını araşdırmaq üçün Alyaska Universiteti ilə birgə layihə əsasında yaradılıb. Hazırda Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətindədir. Layihənin reallaşdırıldığı Alyaskada 180 nəhəng antenanın olduğu iddia edilir.
Rəsmilərin sözlərinə görə, bunun havada raketləri məhv etmək, yerin altında zondlar aparmaq, sualtı qayıqlarla əlaqəni asanlaşdırmaq və geniş ərazidə bütün rabitəni kəsmək kimi müxtəlif məqsədləri var. Bəzi məşhur amerikalı geofiziklərin fikrincə, bu texnologiya iqlimi dəyişmək, ozon təbəqəsinə müdaxilə etmək, zəlzələlər yaratmaq və radiasiya yaymayan termonüvə partlayışları yaratmaq üçün dəhşətli gücə malikdir.
HAARP layihəsi ilk dəfə serb əsilli ABŞ alimi Nikola Tesla tərəfindən ilkin variantda ərsəyə gətirilib. Tesla atmosferə aşağı səviyyəli maqnit dalğaları göndərməklə güclü enerjinin yaradıldığını kəşf edib. Hazırda HAARP-ın quraşdırıldığı əraziyə hər hansı təyyarənin yaxınlaşması qadağandır.
HAARP-la, yaxud başqa silahlarla süni zəlzələ yaratmaq mümkündürmü?
Dünyaca məşhur türk geoloq Celal Şengör ötən gün qonaq olduğu televiziya verilişində bu məsələyə münasibət bildirib.
“Belə bir şey mümkün deyil. Belə şey mümkün olsaydı, indiyə kimi nələr-nələr baş verməzdi", - türkiyəli alim iddialara cavab olaraq deyib.
Jurnalistin "fay xəttində 5 atom bombası birdən partladılsa da zəlzələ mümkün olmazmı" sualına professor belə cavab verib:
"Belə halda zəlzələ bəlkə də, mümkün olar. Ancaq bu, olduqca güclü maliyyə tələb edir. Qazma əməliyyatı həyata keçirib, atom bombasını oraya yerləşdirib, partlatmaq lazımdır. Digər yandan zəlzələ onsuz da yüzlərlə, minlərlə atomun çıxardığı enerjini çıxarır. Ümumiyyətlə, silahla filan süni zəlzələ yaratmaq mümkün deyil. Bir sözlə, bu sadəcə boş iddiadan ibarətdir".
Bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındkı "Canlı debat" verilişində tarixçi alim, politoloq Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 12-02, 12:47

Tarix

Dünya

Bölmə
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp yaradır...
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum