• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər / Dünya // 2020 30-11, 14:13

Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI


Bir ilə yaxındır ki, dünyada koronavirus (COVID-19) pandemiyası geniş yayılıb. Bu virusa yoluxma və COVID-19-dan ölüm hallarının kəskin artması müşahidə olunur. 
Dünyanın əksər ölkələrində COVID-19 kütləvi yayılıb və yenidən xüsusi karantin rejimi tətbiq edilir, qaydalar sərtləşdirilir. 
Hazırda COVID-19-un sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım  bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar.
Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır. Təəssüf ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Hazırda vəziyyət daha təhlükəli hal alıb.
Yay ayları ilə müqayisədə, COVID-19-dan gündəlik ölüm halları da dörd dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək.
Hazırda yoluxma hallarının 1-1,5 faizi ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir ki, bu da insanların qaydalara əməl etməsi ilə mümkündür.
Millət vəkili Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxmanın dörd mini keçməsi çox acınacaqlı vəziyyətdir:
“Son zamanlar rəqəmlərin artması artıq həyəcan təbilinin çalınmasına işarə verir. COVID-19-dan ölənlərin də sayı artır. Əgər hər gün dörd mindən artıq insan bu xəstəliyə yoluxursa, 38 nəfər vəfat edirsə, bu, o deməkdir ki, hər gün bir faiz insan vəfat edir. Bu da böyük rəqəmdir. Bütün dünyada koronavirusa yoluxanların sayı artmaqdadır.
Azərbaycanda hazırda kəskin respirator virus infeksiyalarının da mövsümi artımı müşahidə olunur. İnsanlar respirator virusla yanaşı, COVID-19-a yoluxanda insan bədənində iki növ virus olur. Nəticədə, immunitet aşağı düşür və iki virusla mübarizə aparır. Bu da nəticədə səhhətində ağırlaşmalara gətirib çıxarır”.
Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün üç qızıl şərtə əməl edilməlidir:
“Sosial məsafə, tibbi maskadan düzgün istifadə və gigiyenik qaydalara riayət etmək lazımdır. Yayda yoluxanların sayında azalma baş verdi, bu, insanlarda bir növ arxayınlıq yaratdı. Bəzi insanlar maskadan da düzgün istifadə etmədilər, nəticədə, indi vəziyyət bu hala çatdı”.
Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə, vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb”.
Deputat qeyd edib ki, Vətən Müharibəsində qələbə çaldıq və kütləvi toplaşma oldu:
“Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edildi, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirdi. 
Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bu da müharibədir. Vətən Müharibəsindəki kimi, yenidən birlik göstərsələr, COVID-19-a da qalib gələ biləcəyik”.
“Ən acınacaqlı vəziyyət odur ki, koronavirus diaqnozu qoyulan şəxslər küçələrə çıxırlar və digər insanlarla təmasda olurlar. Bu da təhlükəli hərəkətdir. Koronavirusla bağlı hər an vəziyyət həm yaxşılığa, həm də pisliyə doğru dəyişə bilər.
Bu, insanların məsuliyyətindən asılıdır. Əgər insanlarımız məsuliyyətli davransalar, qaydalara əməl etsələr, azalmağa doğru gedə bilər. Bu zaman heç bir sərtləşmədən söhbət gedə bilməz. Ancaq qarşıdan gələn günlərdə, həftələrdə bu say artarsa, yenidən sərtləşmələr qaçılmaz olacaq.
SMS xidməti aktivləşə bilər. Bu, qaçılmazdır. Çünki gün ərzində dörd mindən artıq insan koronavirusa yoluxması böyük bir təhlükə yaradır”, - deyə K.Əliyeva əlavə edib. 
İlhamə Əbülfət

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2020 30-11, 14:13

Tarix

Xəbərlər / Dünya

Bölmə
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Xəbərlər / Səhiyyə
BU GÜNDƏN SƏRT KARANTİN REJİMİ YUMŞALDILDI
Xəbərlər
▪️Metro ilə bağlı unikal təklif - Səhər 07:00-dan 10:00-a kimi və axşam...
Xəbərlər / Səhiyyə
VİRUSUN TAM QARŞISINI ALA BİLƏCƏK BURUN SPREYİ HAZIRLANIR
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum