• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / Siyasət // 2021 6-05, 17:28

Deputatdan hicab müzakirəsi barədə: Övlada dini tərbiyə verilməsi ilə bağlı məhdudiyyət yoxdur

Sosial şəbəkələrdə uşaqların dinə etiqada məcbur edilməsinin qadağan edilməsiylə bağlı mövcud qanuna edilən yeni dəyişiklik müzakirəyə səbəb olub. İddia edilir ki, yeni dəyişiklikdə uşaqlara hicab geyindirməyə qadağa qoyulub. Bəs əslində necədir? Dəyişiklik özündə hicab qadağasını da ehtiva edirmi? 


HesenEskeri.az Pressa-a istinad edərək xəbər verir ki, "Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş üzrə komitəsinin üzvü, deputat Ceyhun Məmmədovla əlaqə saxlayıb. 


Deputat vurğulayıb ki, sözügedən qanunda dini təbliğatın uşaqların psixoloji durumuna mənfi təsir etməsinin qadağan olunmasıyla bağlı bənd var:


"Qanuna dəyişiklik ümumi yanaşmadır. Burada sırf hicab qadağası, yaxud övladın dini tərbiyə almasına hansısa qadağanın qoyulmasından söhbət getmir. Biz bilirik ki, başqa dinlərdə, o cümlədən İslam dinində də valideynlərə övladlarına dini tərbiyə vermək tövsiyə olunur. Burada qadağa ondan ibarətdir ki, təbliğat həmin uşaqların psixoloji, fiziki durumuna mənfi təsir edirsə, o zaman bu kimi hallar qadağan edilir. Hansısa bir valideynə övladına dini tərbiyə verməyə məhdudiyyət qoyulmur. Məsələn, biz müşahidə etdik ki, Suriyada döyüşlər zamanı çoxlu sayda vətəndaşımız gedib döyüşlərdə iştirak etdilər. Bu gün də Suriyada, xüsusilə İraqda  bizim vətəndaşlarımız öz xanımları, uşaqlarıyla birgə həbsxanadadırlar.  


Ümumən götürdükdə, burada övladın hansısa formada məcburi qaydada zərərli təlimlərə, ideologiyalara məcbur edilməsi faktı var”.


C. Məmmədovun sözlərinə görə, bu dəyişikliklər yalnız İslam diniylə bağlı deyil: "Burada digər dinlər də nəzərdə tutulur. Qeyri-ənənəvi radikal dini təriqətlərin nümayəndələri var ki, onlar öz övladlarına zərərli fikirləri təbliğ edirlər. Ona görə də uşaqların bu kimi zərərli təsirlərdən qorunmasından söhbət gedir. Valideyn öz övladına dini tərbiyə verə bilər. Bu, onun öz şəxsi işidir. 


Azərbaycanda geniş yayılmasa da, ayrı-ayrı yerlərdə satanizmlə bağlı təbliğat gedir. Bu, zərərli dini təlimdir. Yaxud İslam dinində insanın öz bədəninə zərər yetirməsi qadağandır. Baş yarmaq, zəncir vurmaq  formasında xəsarət yetirmə yolverilməzdir və buna icazə verilmir. 


Bu dəyişikliklərlə bağlı şərhlərdə yanlışlığa yol verilib. Burada incə xətt odur ki, valideynin övladına dini tərbiyə verməsinə heç bir məhdudiyyət yoxdur. Sadəcə bu tərbiyə elə formada olmalıdır ki, uşağın psixoloji, fiziki durumuna təsir göstərməsin. Bir sıra hallarda bunu hicabla bağlamaq da düzgün deyil”.


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa isə Azadlıq Radiosuna açıqlamasında bildirib ki, burada söhbət uşaqlara zorla hicab geydirməkdən, dini mərasimlərə və ya başqa yerlərə zorla aparmaqdan gedir. Onun sözlərinə görə məqsəd uşaqları qorumaqdır ki, bəzi valideynlər uşaqları erkən yaşlardan dini düşüncəyə yönləndirməsinlər: "Bu radikalizmə yönələn insanların sayını azaltmaq məqsədini daşıyır. Valideynlər üçün problem ondan ibarətdir ki, uşaqlar bir müddətdən sonra xarici ölkələrə dini təhsil almağa gedirlər. Bu da böyük  problemlər yarada bilir. Bu zaman ölkədən kənarda hər hansı dinlərin militanları kimi yetişməsinə şərait yaranır. Söhbət heç bir halda uşaqlara ailələrin dini bilgiləri aşılanmasından yox, məcburi davranışlardan gedir”.


Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik Milli Məclisin mayın 4-də keçirilən iclasında üçüncü oxunuşda qəbul edilib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 2
  • Oxşar xəbərlər
Zaur 7 may 2021 10:04

Fazil M.ə səslənirəmki sən dindarlardan qorxma,çünki qoyulan qanuna ilk əməl edənlər məhz dindarlardır.Buna misal hələ də məscidlərin qapalı qalmasıdır.Biz qızlarımızın inanclı,iffətli və əxlaqlı böyüməsini və Allahın əmri altında olmasını isdiyirik,əgər söhbət məcburiyyətdən gedirsə onda uşaqların demək olarki 90%i məktəbə getmək istəmir,bəs onda niyə valideyinlərə demirlərki uşağı məcbur etmiyin 15yaşdan sonra gedər məktəbə.Biz Peyğəmbərimizin öyrətdiyi tərbiyəni övladlarımıza ötürürük və bunda məsuliyyətliyik.mənim övladım yoxdur,amma Allahım var.İnşəAllah Allah Müttəqilərlədir

Arbaeen.az 7 may 2021 12:21

Uşağı 7 yaşından mәktbә mәcbur edib üstünә qışqıranda ki,sәn bu yaşdan dәrs oxumalısan. Bu radikalizm sayılmır amma kimsә öz xoşuyla hicab tacanda radikal deyirlәr. 

2021 6-05, 17:28

Tarix

İslam / Siyasət

Bölmə
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Səhiyyə
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza baxmayaraq...” -
Xəbərlər
Sürücülərin diqqətinə! ''Plyonka'' ilə bağlı YENİ XƏBƏR! - Bu tarixdən...
Xəbərlər / Siyasət
Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici işlər naziri
Xəbərlər / Siyasət
▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir: UNESCO hara baxır?
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum