• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2023 1-02, 09:00

Rəcəb ayının 10-u, İmam Cavad (ə) mövlud günüdür.


İmam Muhəmməd Təqi (ə) hicri 195-ci ildə Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Rza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Muhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub. Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (ə) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib.

Hazırda Məşhəd şəhərindəki İmam Rzanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək “Bab ul-Cavad” (Cavad qapısı) adlanır. İmam 220-ci hicri-qəməri ilində Mötəsimin əmri ilə zəhərlənib və şəhid edilib.

İmam Muhəmməd Təqi (ə) əxlaqından bir neçə nümunələrə işarə edək.

Sistan əhalisindən olan bir nəfər nəql edir: “Mötəsim xəlifə olan ilk ili İmam Cavadla (ə) həcc səfərində birlikdə idik. Bir gün yemək süfrəsində Həzrətə (ə) dedim: “Qurbanın olum, bizim diyarın hakimi elə bir insandır ki, siz Əhli-Beytin (ə) vilayətini qəbul edir və sizi sevir. Mən borcluyam və ona bir qədər maliyyə hesab ödəməliyəm. Əgər məsləhət bilirsinizsə, onun üçün məktub yazın və ondan istəyin ki, məndən müğayat olsun”.

İmam (ə) buyurur: “Mən onu tanımıram”. İmama (ə) dedim: “O, siz Əhli-Beytin (ə) dostlarındandır və sizin tövsiyəniz mənim üçün faydalı olardı”.

İmam (ə) kağız istəyir və belə bir yazı yazır: “Bismilləhir-Rahmənir-Rahim! O kəs ki, mənim məktubumu gətirəcəkdir, sənin gözəl əqidəndən mənə danışdı. Həqiqətən sənin bəhrən ancaq o şeydir ki, qardaşlarının haqqında edirsən. Ona görə də davamlı olaraq qardaşlarına yaxşılıq et və bil ki, Allah Təala sənə sual verəcəkdir. Sən işində məsulsan, baxmayaraq ki, xardal zərrəsi qədər olsa belə”.

Mən məktubu alıb, şəhərə daxil oldum və gəlməyimi hakimə xəbər verdilər. O, məni qarşılamaq üçün şəhərdən iki fərsəx məsafədən aralanmışdı. Mən İmamın (ə) məktubunu ona verdim. O, məktubu aldı və öpdü və gözünün üstünə qoydu. Soruşdu: “İstəyin nədir?”. Dedim: “Sizin xəzinəyə bir qədər mal borcluyam”. O, əmr verdi ki, məni həmin borcdan azad etsinlər və sonra dedi: “O vaxta qədər ki, mən hakiməm, maliyyə ödəməni vermə”.

Hədidin oğlu Əhəd nəql edir ki, həcc yolunda yolkəsənlər bizə hücum etdilər. Mədinəyə daxil olan zaman İmam Cavadı (ə) görməyə getdim. İmam (ə) məni mənzilinə dəvət etdi və yolkəsənlərin əhvalatını ona danışdım. İmam (ə) əmr etdi ki, mənə paltar və bir qədər pul versinlər. Sonra buyurdu: “Bu dinarları səfər yoldaşlarının arasında yolkəsənlərin aldığı miqdarda böl”. Hamıya o qədər pul çatdı ki, yolkəsənlər onlardan almışdılar”.

İmam Cavadın (ə) dostlarından biri nəql edir: “Həmad ibni İsa ilə birlikdə Mədinədən çıxmaq istəyirdik. Xudahafizləşmək üçün İmam Cavadın (ə) yanına gəldik. İmam (ə) bizə buyurdu: “Sabah səhərə qədər şəhərdən çıxmayın”. İmamın (ə) evindən çıxan zaman Həmad mənə dedi: “Mən bu gecə yola düşəcəyəm, çünki yüküm şəhərdən xaric olmuşdur”. Həmin gecə yolda sel gəlmişdi və Həmad da qərq oldu”.

İmam Məhəmməd Təqi (ə) Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunub.

İmam Cavadın (ə) mübarək mövludu münasibəti ilə başda İmam Mehdi (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 1-02, 09:00

Tarix

İslam

Bölmə
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Vilayət və İmamətin 9-cu günəşi İmam Məhəmməd Təqi (ə) mübarək mövludu
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
İslam
KƏRBALA KARVANI KÜFƏ VƏ ŞAM ŞƏHƏRİNƏ SARI HƏRƏKƏT EDİR
İslam
İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər
Məşədi Dadaş icması məsciddən çıxarılıb? - FOTO
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Xəbərlər
Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum