• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 25-02, 13:47

Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud günüdür


Rəcəb ayının 13-ü, möminlər əmiri İmam Əlinin (ə.s) mövlud günüdür.O həzrət besətdən on il öncə, Rəcəb ayının 13-ü, Məkkə şəhərində cümə günü sübh çağı dünyaya gəlib. O həzrət Allahın əzəmətli evi sayılan Kəbədə dünyaya gəlir, pak nəsildən olan Əlinin mövludu pak məkanda baş tutur. Bu heç bir bəşər övladına nəsib olmayan bir hadisədir. O həzrət İslam peyğəmbəri həzrət Muhəmməddən (s) sonra ikinci ən fəzilətli və kamil insan hesab edilir.  İmam Əlinin (ə.s) həyatı müxtəlif şəraitlərdə və müxtəlif cəhətlərdən bütün nəsillər üçün əbədi və unudulmaz bir dərsdir, istər fərdi işlərdə, istər ibadətdə, münacatda, istər zahidliyində, istər daim Allahı yada salmaqda, istər nəfslə, şeytanla və müxtəlif maddi istəklərlə mübarizədə. Əgər bəşər tarixində çox nadir olan Əli ibn Əbu Talib (ə.s) kimilər olmasaydılar, bu gün insani dəyərlər mövcud olmazdı, bu sözlər bəşəriyyətə gözə görünməzdi, bəşərin uca amal, məqsəd, mədəniyyət və sivilizasiyası olmazdı, bəşəriyyət vəhşi və yırtıcı bir heyvana çevrilərdi. Uca amalların qorunmasına görə bəşəriyyət İmam Əliyə (ə.s) və onun kimi uca insanlara borcludur.
 
Muhəmməd Peyğəmbər (s) buyurub: 
“Ey mənim əshabım! Əli ibn Əbi Talibi (ə) sevdiyimə görə məni qınamayın! Çünki Əlini sevməyim Allahın əmridir və Allah mənə əmr edibdir Əlini sevim və onu (özümə) yaxın edim.”
 (Təfsiru Furat əl-Kufi, səh 598, hədis 860.)

Allah Rəsulu (s) buyurub:

 “Əli ibn Əbi Talibin eşqi elə bir yaxşılıqdır ki, o yaxşılığın yanında (adamın etdiyi) heç bir pislik (o adama) zərər yetirməz və Əliyə düşmən olmaq elə bir pislikdir ki, onun yanında (adamın etdiyi) heç bir yaxşılıq (o adama) fayda verməz.” 

(Kəşful-Ğummə fi Mə’rifətil-Əimmə, cild 1, səh 93.)


Həzrət İmam Əli (ə) buyurub:

 “İndi mən elə bir şey söyləyəcəyəm ki, bu gündən öncə heç kəsə bunu  
söyləməmişəm. Bir dəfə Hz. Peyğəmbərdən (s) istədim ki, mənimçün Allahdan bağışlanmaq diləsin. O həzrət də buyurdu ki, edərəm. Sonra da durub namaz qıldı. Əlini duaya qaldırarkən o həzrətin nə dediyini dinlədim. Bir də gördüm ki, o həzrət bu cür dua edir: “İlahi, Əlinin Sənin yanında olan haqqına (hörmətinə) xatir Əlini bağışla." Mən də dedim: Ya Rəsuləllah! Bu nədir (bu nə cür duadır?) Həzrət Peyğəmbər (s) buyurdu: Məgər elə birisi varmıdır ki, Allah yanında səndən daha hörmətli  olsun, mən də onun adını çəkərək Allahdan şəfaət və bağışlanmaq diləyəm!?”

(Nəhcul-Bəlağənin şərhi, cild 20, səh 316.)

Əbu Bəsir deyir: İmam Baqirin (ə) yanında oturmuşdum. Bir nəfər İmama (ə) dedi: “Mənə Əlinin (ə) vilayətindən danış. Bu vilayət Allah tərəfindən, yoxsa Peyğəmbər (s) tərəfindən idi?” 
İmam Baqir (ə) qəzəbləndi sonra belə buyurdu:

“Vay Olsun Sənə! Peyğəmbər (s) Allahın Ona (s) əmr etmədiyi bir şeyi söyləməkdən hamıdan daha çox qorxardı. Belə ki, Allah namazı, zəkatı, orucu və həcci vacib etdiyi kimi, Əlinin (ə) vilayətini də vacib etmişdir.” 

(Üsuli-Kafi, cild 1, səh 289 , hədis 5)


Həzrət İmam Əli (ə) buyurub:

 “Mən, fitrətən müsəlman doğulmuşam. Heç vaxt küfr və şirk yolunda olmamışam. Başqaları kimi kafir və bütpərəst olub, sonra İslama gəlməmişəm, əvvəlcədən İslamı seçmişəm. İmanda və (Allahın Peyğəmbərinə yardım və onun zəfəri üçün vətənimdən) hicrətdə öndə olmuşam.”

(Biharul-ənvar, cild 92, səh 57.)

İmam Sadiq (ə) belə buyurdu:

 “Əgər yer üzündə hər kəs Əliyə (ə) qarşı çıxarsa, Allah onların hamısını Cəhənnəmə daxil edər”.

(əl-Məhasin, cild 1, səh 89-90, bab 15.)



  Allah Rəsulu (s) buyurub:
"Əgər insanlar Əli ibn Əbu Talibi(ə) sevməyə cəm olsaydılar, Allah təala cəhənnəmi yaratmazdı".
(Biharul-Ənvar, cild 39, səh 249.)Biharul-Ənvar, cild 39, səh 249.)


Həzrət İmam Əli (ə) buyurub:

 “Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada (yerimdə) başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.”

 (Nəhcül-Bəlağə, səh 208, xütbə 149.)

 
Qeyd edək ki, dünya müsəlmanları bu günü xüsusi olaraq qeyd edirlər. Kəbə mövludu İmam Əlinin (ə.s) mövludu  əzəmətlə yad edilir, bayram mərasimləri təşkil olunur.
 
Həmçinin bildirək ki, bir sıra müsəlman ölkələrində İmam Əlinin (ə.s) mövlud günü “Atalar günü” kimi də qeyd edilir. Atalar  xüsusi olaraq təbrik edilir. İmkan təqdirində onlara hədiyyələr verilir. Ahıllar evi ziyarət edilir, kimsəsiz valideyinlərə baş çəkilir.
 
İslam Peyğəmbəri həzrət Muhəmməd (s) İmam Əliyə xitabən buyurur: Ey Əli, sən və mən bu ümmətin atalarıyıq!
 
Biz də bütün müsəlmanları bu mövlud münasibəti ilə təbrik edirik. Bayramınız mübarək!

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 25-02, 13:47

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
RƏBİUS-SANİ AYININ 14-ü (30 NOYABR) MUXTAR SƏQƏFİNİN QİYAMA BAŞLADIĞI GÜNDÜR
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam / Xəbərlər
Mübarək Rəcəb ayının müştərək əməlləri
Mədəniyyət
QAÇAQ NƏBİ FİLMİNDƏN QAÇAQ NƏBİNİN HƏCƏRİ BARƏDƏ BİLMƏDİKLƏRİNİZ
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum