• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam // 2021 14-12, 15:00

Şəhid Ayətullah Məhəmməd Baqir Sədr ilə Səddam Hüseynin tarixi məktublaşması

Sabiq İraq diktatoru Səddam Hüseyn hakimiyyətdə olduğu dövrdə şiə dünyasının böyük alimlərindən olan şəhid Ayətullah Məhəmməd Baqir Sədrə bir məktub göndərərək ondan özünə itaət etməsini istəmişdi.

İslamazeri.com: Şəhid Ayətullah Məhəmməd Baqir Sədr, ona verdiyi cavabda cəddi İmam Hüseyn (ə) kimi zillətə boyun əyməyəcəyini bildirmiş, bəsirətiylə Səddamı necə aqibət gözlədiyini açıqlamışdı.

Zəmanəsinin böyük alimlərindən olmuş Ayətullah Məhəmməd Baqir Sədrin Səddam Hüseynin lideri olduğu partiya ilə bağlı fətvası:

"Bismilləhir-rahmənir-rahim! Hər hansı bir ad altında BƏƏS partiyasına qatılmaq haramdır və hər hansı bir şəkildə bu partiya ilə əməkdaşlıq etmək zalım və kafirə yardımçı olmaqdır və həm də İslama, müsəlmanlara düşmənçilikdir.

Müsəlman və mücahid İraq xalqının BƏƏS partiyasına və idarəçi heyətinə qarşı silahlı qiyamı, bu küfr partiyasının üzvlərini hər yerdə öldürlmələri və eləcə də xalqı bu qəddarların pəncəsindən qurtarmaları "vacibi kifaidir".

İraq diktatoru  Ayətullah Məhəmməd Baqir Sədrə məktub yazır:  "Sizin də bildiyiniz kimi, partiyamızın düşüncə sistemi İslamın ruhundan qaynaqlanmaqdadır. Bizlərin təqdim etdiyi proqram və şüarlar da, çağımıza uyğun olan İslamın şüarlarıdır və bizlərin həyatımızda tətbiq etmək istədiyimiz şeylər şəriətin istəkləriylə razıdır.

Bizlər işlərimizə qarışmadıqları və siyasətə bulaşmadıqları müddətcə, İslam alimlərini sevir və dəstəkləyirik. Ancaq anlaya bilmirik ki, niyə xalqa bizim partiyamıza üzv olmalarını haram etdiniz, əleyhimizə qiyamlarını istədiniz və bizim İrandakı düşmənlərimizi dəstəklədiniz.

Sizi xəbərdar etmiş və nəsihət verib bəhanəniz olmadığını bildirmişdik, amma siz qaçındınız və israrla bizə uymadınız, bu inqilabın əleyhinə hərəkət etdiniz.

Siz inadçı düşmənimizsiniz və bizlərin düşmənlərimizə qarşı hökmlərimizi də bilirsiniz. Sizə heç bir şəkildə toxunulmayacağını təmin etmişdik.

Əgər bizim istəklərimiz üzrə davransanız, qanun qarşısında qorunar, çox uca mövqelər sahibi olarsınız.

Dövlət və hökumət səlahiyyətliləri qarşısında bütün istəkləriniz yerinə yetiriləcək; amma əgər istəklərimizi qəbul etməsəniz nə olacağını düşünün. Sonu hər nə olursa olsun, sizlərə etiraz ediləcək.

Sizə üç təklifimiz var. Əgər bu təklifləri qəbul etsəniz və televiziya ekranlarında, rəsmi qəzetlərdə istəklərimizi söyləsəniz, sizə heç ümid bəsləmədiyiniz kəramətlər edərik:

- BƏƏS partiyasının lideri və İraq İnqilab Şurasının başçısı Səddam Hüseyni təsdiqlədiyinizi bildirin.

- Siyasi işlərə qarışmayacağınızı və İslam dininin siyasətə qarışmadığını elan edin.

- İrandakı hökuməti və onların İraqdakı müdaxilələrini dəstəkləmədiyinizi bildirin.

Gördüyünüz kimi, bunların üçü də asan şeylərdir. İnqilabın mərhəmətli əllərinin sizə təqdim etdiyi bu fürsəti qaçırmayacağınıza ümid edirəm."

Şəhid Seyyid Məhəmməd Baqir Sədrin Səddamın məktubunu gətirənə cavabı:

"Mən sizin ağıllı olduğunuzu zənn edirdim. Sizlər açıq sözləri belə, inkar edirsiniz. Sizə lazım olan sözü söylədim və nəsihət etdim.

Əgər Qiyamətə inanırsınızsa və həqiqətə çatmaq istəyirsinizsə məni dinləyin. Sizlər pozğunluq xəstəliyi ilə xəstələnmisiniz və öldükdən sonra diriləcəyinizi unutmayın.

Öldükdən sonra ürəkləriniz daşlaşmış və heyvandan aşağı səviyyəyə düşəcəksiniz. Sizlərə nəsihət verdikcə daha da azğınlaşırsız. Eynilə yəhudilər və şeytana uyanlar kimi, sizi pislikdən saxlayanlara düşmənçilik bəsləyirsiniz.

Allaha qarşı döyüş açmısınız: Allah vəlilərini (alimlər) nəzarətə götürür, ən kiçik bir zənnə söykənərək, eynilə cahiliyyət dövründəki atalarınız kimi onları öldürürsünüz.

Ölkəmizin əsərlərini dağıdırsınız. Heç bir günah və cinayət işləməkdən qorxmur, həvayi-həvəsinizə boyun əyirsiniz. Şəhvətlərinizə uyduqca da fəlakətə sürüklənir, hiylələr edirsiniz. Günahsız insanların qanını içirsiniz. İraqdakı hər ev sizin əlinizdən qan ağlayır.

Siz, eynilə bir quru odun parçası, heç bir sözün təsir etmədiyi daş kimisiniz. Sizə nəsihət verməkdən yoruldum.

Tağutlara tapınırsınız, fironların nəvəsisiniz. Məni ölümləmi hədələyib, qorxudacağınızı zənn edirsiniz?! Ölüm haqdır və hamımız ölümü dadacağıq. Zalımların əliylə öldürülmək Allahın xalis qullarına olan bir ikramı deyilmi?

Əlinizdən gələni edin. Sizinlə Allahın hüzurunda görüşəcəyik və çatacağınız yer pis əzabdır. Bizim nurumuzu söndürməyə çalışırsınız? Mənə nəsihət verərək hiylə işlətməyinizə təəccüblənirəm.

Sizin məndən razı olmanızı da gözləmirəm. Haqqı batiləmi satmağımı gözləyirsiniz? Allaha itaəti buraxıb, sizəmi itaət edim? Sizi razı edib, Onumu qəzəbləndirim?

Əgər belə olsa havalanar və hidayətə çatanlardan olmaram. Yazıqlar olsun sizə! Nə istəyirsiniz? İslam mənim yanımda alınıb satılan bir maldırmı? Və ya bir dünya mənfəətini ummaq üçündürmü? Sənin işin məni dünya malı üzərində qorxutmaqdır. Mən alçaq insanlar kimi sizə əlimi uzada bilmərəm və kölələr kimi də sizi təsdiqləmərəm!

Əgər ölümdən başqa qorxudacaq bir şeyiniz qalmayıbsa, beləcə davranın. Mənim sizin istəklərinizə boyun əyəcəyim arzularınızı başınızdan silib atın. Bizlər qiymətli insanların övladlarıyıq və ayaqlarımız əsla titrəməmişdir.

Sizi göndərənlərə və ağalarınıza eynilə bunu deyin: "Əgər Məhəmməd Baqir Sədri min dəfə də öldürsəniz, istəyinizə əsla çata bilməyəcəksiniz. Məni öldürdükdən sonra, hər vaxt zillət və qorxu içində yaşayacaqsınız.

Vəziyyətiniz dəyişəcək və Allah sizləri zəlil edəcək, olanları sizə müsəllət edəcək və məğlubiyyətə uğrayanların vəziyyətinə düşəcəksiniz. Heç hesablamadığınız ağrıları dadacaq, bəlalara mübtəla olacaqsınız və hər biriniz çöllərə dağılacaq, səltənətiniz darmadağın olub, çəkmələr altına alınacaqsınız.

Sizlər başqa şəhərlərə dağılacaq, diyarlarınız, mallarınız parça-parça olacaq və gözlərinizi açdığınızda xalqın sizi lənətlədiyini görəcəksiniz. Tarix səhifələrində quru bir ləkə olaraq xatırlanacaqsınız!.."

Qeyd edək ki, Ayətullah Məhəmməd Baqir Sədr diktaror Səddam Hüseyn rejimi tərəfindən şəhid edilib.

Səddam Hüseynin özü etdiyi cinayətlərə görə İraq höküməti tərəfindən dar ağacından asılıb, tərəfdarları isə İŞİD kimi terror təşkilatlarına qatıldıqdan sonra bir müddətdən sonra məhv edilib.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 14-12, 15:00

Tarix

İslam

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin mövlududur.
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslam
AŞURA GÜNÜ GÜNORTA NƏLƏR BAŞ VERDİ?!
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
İSLAM TARİXİ. QABİL VƏ HABİL 1-Hissə.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
Xəbərlər
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum