Hindistanda müsəlmanların ibadətinə mane olanlar həbs edildi
Hindistanda müsəlmanların ibadətinə mane olduqları üçün çoxu hindu sağçı qruplarından olan onlarla insan həbs edilib.Az.shafaqna.com “voanews”a istinadən xəbər verir ki, Dehlinin şimalındakı Qurqaon şəhərinin hindu qrupları həftələrdir ki, müsəlmanların açıq yerlərdə cümə namazı qılmasının qarşısını almaq üçün hakimiyyət orqanlarına təzyiqlər göstərir.
Yerli media cümə günü bölgəyə bir neçə yüz əlavə polis zabitinin göndərildiyini, şüarlar səsləndirən yerli əhali və hindu qruplarından azı 30 nəfərin həbs edildiyini bildirib.
Tənqidçilər Baş nazir Narendra Modinin hindu-millətçi Bharatiya Canata Partiyasını Hindistanın 200 milyonluq müsəlman əhalisi də daxil olmaqla, azlıqları təqib etməkdə ittiham edir.
Modi hökuməti hindu gündəmini rədd edir və təkidlə bütün dinlərdən olan insanların bərabər hüquqa malik olduğunu deyir.
Paytaxtı Qurqaon adlanan Haryana ştatı Bharatiya Canata Partiyası tərəfindən idarə olunur.
Çox sayda trans-milli şirkətin yerləşdiyi şəhərdə belə bir hadisə ilk dəfə baş vermir. 2018-ci ildə də əksəri hindu icmasından olan çox insan müsəlmanların açıq havada namaz qılmasına qarşı oxşar etirazlar səsləndirmişdi.
İcmalar arasında vasitəçilik edən bölgə rəsmiləri müsəlmanların cümə namazı qılmaları üçün açıq havada 35-ə yaxın yer müəyyən edib.
NDTV telekanalının xəbərində bildirilib ki, cümə günü saxlanılanların çoxunun əllində “Qurqaon administrasiyası, yuxudan oyan” yazılmış şüarlar olub.
Sosial mediada yayımlanan görüntülərdə əsasən maskasız bir qrup insanın namazın dayandırılmasını tələb etdiyini görmək olub.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.