• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2021 29-04, 04:41

Sürücülərin diqqətinə! ''Plyonka'' ilə bağlı YENİ XƏBƏR! - Bu tarixdən...


Sürücülərin diqqətinə! ''Plyonka'' ilə bağlı YENİ XƏBƏR! - Bu tarixdən...

Xəbər verdiyimiz kimi, Azərbaycanda avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq.
Bununla bağlı müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.Sərəncamdan irəli gələrək, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

HesenEskeri.az  Metbuat.az-a istinad edərək xəbər verir ki, bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, Azərbaycan digər ölkələrə nisbətən daha günəşli ölkədir. Bu səbəbdən də bizim ölkədə maşınların arxa yan şüşələrinə pərdə, “plyonka” vurmaq normal haldır.

Bu gün avtomobillərin bir çoxunun artıq zavoda istehsal prosesi zamanı şüşələri tündləşdirilir. Yəni bu istehsalçının məqbul bildiyi bir standartdır. Əslində burada ciddi bir qanun pozuntusu yoxdur. Amma təəssüf ki, Azərbaycanda bəzi sürücülər bu vəziyyətdən sui-istifadə edirlər.
Onlar şüşələri normadan çox tündləşdirir, görməni məhdudlaşdırır. Hətta bəziləri ön görmə şüşəsinə də qatı tünd qara “plyonka” çəkir. Təbii ki, bu artıq nəqliyyat vasitəsini idarə edən zaman təhlükəli bir vəziyyət yaradır”.
Yeni qaydaların hazırlanıb tətbiq edilməsinin önəmini vurğulayan ekspert bildirdi ki, yolda idarəetmə zamanı bütün iştirakçılar vizual olaraq bir-birlərini görməlidirlər. Amma bəzən avtomobillərin şüşələrinin hədsiz tünd qara rəngdə üzlüklə örtülməsi axşam saatlarında sürücünün nəqliyyat vasitəsini idarə edən zaman yolu görə bilməməsinə səbəb olur. Bu da arzuolunmaz qəzaların baş verməsinə rəvac verir.
“Məhz bu kimi problemlərə, sui-istifadələrə görə də qara pərdə-plyonka məsələsi müxtəlif müzakirələrə səbəb olur. Düşünürəm ki, hörmətli baş nazirin yeni qərarı bu məsələni birdəfəlik həll edəcəkdir.Yeni qaydalar hazırlanan zaman istənilən halda qayda pozuntusu baş verərsə məhdudiyyət və cərimələrin tətbiqi labüd ola bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:
Küləyə qarşı şüşələr üçün - 75 %
Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və yasənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.
Bu barədə açıqlama verən DYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, yay rejimində də jalüzlərdən istifadəyə icazə veriləcək:

Burada söhbət “plyonka”dan yox, jalüzlərdən gedir. Mayın 1-dən noyabrın 15-dək “plyonka” yox, jalüzlərdən istifadəyə icazə verilir. Əvvəlki qanunvericilik qüvvədədir, heç bir dəyişiklik olmayıb”. K. Əliyev “Əks təqdirdə, sürücülər barəsində inzibati tənbeh tədbiri görüləcəkmi?” sualına “Görülə bilər” deyə cavab verib.



Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 29-04, 04:41

Tarix

Xəbərlər

Bölmə
Xəbərlər
BU RAYON SAKİNLƏRİNƏ YARDIM EDİLƏCƏK -SƏRƏNCAM
Xəbərlər
Un və çörəyin qiyməti ilə bağlı QƏRAR
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Siyasət
Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici işlər naziri
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Top Xəbərlər
Xəbərlər
Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası götürülüb? - RƏSMİ CAVAB
Xəbərlər
Noyabrın 22-si ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər
Bakı metrosunda qiymət artırılır? - RƏSMİ AÇIQLAMA
Xəbərlər
Rəşad Dağlı hadisə yerindən İsgəndəri necə öldürməsindən danışdı - VİDEO
Xəbərlər
"Kupçası" olmayanlara ŞAD XƏBƏR - Bundan sonra... - VİDEO
Xəbərlər
“WhatsApp”da yeni funksiya istifadəyə verilib
Xəbərlər
Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin maaşı artacaq
Səhiyyə
DİQQƏT! Bu uşaqlar kütləvi qızılcaya yoluxurlar - VİDEO
Xəbərlər
Bakıda sürücü avtoyuma məntəqəsinin qarşısında qəfil öldü - FOTO + ANBAAN VİDEO
Xəbərlər
FHN-dən güclü küləklə əlaqədar əhaliyə MÜRACİƏT
Xəbərlər
Manat ucuzlaşacaq? - PROQNOZ - VİDEO
Xəbərlər
Qış mövsümündə kartof kəskin bahalaşacaq? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Xəbərlər
Bu məhsulun qiyməti kəskin artdı - 90 qəpikdən 4 manata...
Xəbərlər
Dekabrın 1-i, 2-si və 5-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
Nazirlik əhaliyə sabahla bağlı xəbərdarlıq etdi
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum