“TikTok” uşaqların şəxsi məlumatlarını toplayırmış: Cinayət işi açıldı
Böyük Britaniyanın sabiq Uşaq Ombudsmanı Enn Longfild “TikTok”u yetkinlik yaşına çatmayan istifadəçilərdən fərdi məlumatları qanunsuz olaraq toplamaqda günahlandıraraq, elektron platformaya qarşı iddia qaldırıb.
Bu barədə “The Guardian” xəbər verir.
Keçmiş ombudsman tətbiqin Birləşmiş Krallıq və Birlik ölkələrinin yetkinlik yaşına çatmayanların fərdi məlumatlarının qorunmasına dair qanunlarını pozduğunu iddia edib.
İddiada bildirilir ki, “TikTok” uşaqların şəxsi məlumatlarını lazımi xəbərdarlıq etmədən və ya yetkinlik yaşına çatmayan istifadəçilərin valideynlərinə bildirmədən istifadə edir.
Saytın qaydalarına görə, 13 yaşdan yuxarı yeniyetmələr platformada qeydiyyatdan keçə bilərlər. Bununla belə, 2020-ci ildə “Ofcom” (yayım tənzimləyicisi) Brinatinayada 8-12 yaş arasındakı uşaqların 42 faizinin “TikTok” istifadə etdiyini müəyyənləşdirib.
Longfildin bildirdiyinə görə, təkcə Böyük Britaniyada 3,5 milyondan çox yeniyetmə qanunsuz məlumat toplanmasından zərər çəkə bilər.
Longfild şəxsi məlumatların toplanmasını dayandırmaq və əldə edilmiş məlumatların silinməsinə nail olmaq niyyətindədir. Bundan əlavə, o, əhəmiyyətli dərəcədə maddi təzminat tələb edir.
Sosial şəbəkə rəhbərliyi ittihamları əsassız hesab edib.
“Məxfilik və təhlükəsizlik “TikTok” üçün əsas prioritetdir. Bütün istifadəçiləri, xüsusən də yeniyetmələri qorumağa kömək edəcək etibarlı proseslərə və texnologiyalara sahibik”, - deyə şirkətdən bildirilib.
“TikTok” məhkəmədə özünü müdafiə etmək niyyətini vurğulayıb.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.