Azərbaycan 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
"Hazırda Azərbaycanda iş qrafikinin və ya iş saatlarının dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi müzakirələr aparılmır. Belə qərarlar yalnız aidiyyəti dövlət qurumlarının apardığı monitorinqlərin və əmək bazarı üzrə qiymətləndirmələrin nəticələrinə əsasən gündəmə gələ bilər".Bunu baku.ws Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, yaxın perspektivdə mövcud iş rejiminin qorunub saxlanılması daha real görünür:
"Dünyanın müxtəlif ölkələrində iş vaxtının optimallaşdırılması istiqamətində fərqli təcrübələr mövcuddur. Məsələn, bəzi dövlətlərdə həftəlik iş günlərinin sayının azaldılması, digərlərində isə gündəlik iş saatlarının qısaldılması ilə bağlı pilot layihələr həyata keçirilir. Böyük Britaniyada dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı müəyyən şirkətlərdə sınaqlar aparılıb.
Lakin Azərbaycan üçün hazırkı mərhələdə əsas prioritet iş saatlarının azaldılması deyil, əmək qanunvericiliyinin tələblərinə daha ciddi əməl olunması və işçilərin hüquqlarının effektiv qorunmasıdır. Təcrübədə bəzi işçilər normadan artıq işləyir və ya istirahət günlərində əmək fəaliyyətinə cəlb olunurlar. Belə hallarda qanunvericiliyə uyğun əlavə ödənişlərin və kompensasiyaların təmin olunması vacibdir. Bu istiqamətdə həm dövlət qurumlarının, həm də həmkarlar ittifaqlarının daha fəal fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".
Bu gün, 14:41
Tarix---
Bölmə
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

















































