• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər / Səhiyyə // 2020 22-12, 19:16

XANKƏNDİNİN QATİL HƏKİMLƏRİ- AĞ XALATLI CƏLLADLAR


 44 günlük Qarabağ müharibəsi ermənilərin xislətini bir daha açıb göstərdi. Bir daha məlum oldu ki, mifləşdirilmiş erməni ordusu nə qədər aciz durumdadır. Bunlarla yanaşı, bu toplumun terror əməlləri də üzə çıxdı. Əslində bu, bir o qədər də təəccüblü görünmür. Çünki erməni terroru dünyaya yaxşı məlumdur. Zaman-zaman sərhədləri aşan erməni cinayətkarlığı dayanmaq bilmədən bu gün də davam edir.

Bu cinayətkarlığın tərkib hissəsi olaraq uzun illər Xankəndi şəhərində də ermənilərin törətdikləri cinayətlərin, azərbaycanlılara qarşı təzyiqlərin ardı-arası kəsilməyib. Özlərini beynəlmiləlçi kimi təqdim edən, tanıtmaq istəyən bu şəhərin erməni sakinləri bütün sahələrdə azərbaycanlıların fəaliyyətinə əngəl olublar. Qisas hissi ilə yaşayan Xankəndi erməniləri bütün vasitələrə əl ataraq, bu şəhərin əsl sahibləri olan azərbaycanlılara qarşı cinayət törətməkdən çəkinməyiblər. Bu sırada erməni həkimlərin xüsusi rolu olub.

Uzun müddət Dağlıq Qarabağ Muxtar vilayətinin baş cərrahı olan Qukasyan Eduard 1988-ci ildə hadisələr başlayanda mitinqdə çıxış edərkən “mən bir həkim kimi öz qisasımı azərbaycanlılardan almışam, indi meydan cavanlarındır” deməyi sübut edir ki, “Edik doktor” neçə onilliklər boyu hansı cinayətləri törədib, neçə-neçə azərbaycanlıların səhhətinə hansı zərbələri vurub.

Marqo adlı ginekoloq isə yüzlərlə azərbaycanlı qadını ana olmaqdan məhrum edib. Ətraf rayonlardan gələn azərbaycanlı qadınların hesabına zənginləşən bu cəllad-ginekoloqun əlindən çox cinayətlər çıxıb. Kürəkəni Zori Balayana bu yolla dəstək olan Marqo həkim də öz cinayətlərini fəxrlə söyləməkdən çəkinməyib.

Xankəndi şəhərində azərbaycanlıların qanına susayan həkimlərdən biri də Faraon Adamyan olub. 1935-ci ildə Ağdərədə anadan olan Faraon Adamyan İrəvan Tibb İnstitutunu bitirəndən sonra təyinatla Dağlıq Qarabağa Muxtar vilayətinə qayıdıb, o, Ağdərə rayonunun Sırxavənd kəndinin tibb məntəqəsinə baş həkim təyin olunub.



Adamyan Sırxavənd kəndində işləməyə başlayandan öz əsl simasını açıb göstərib. O, hər hansı bir tibb xidmətinə görə azərbaycanlılardan təmənna güdüb, digər hallarda isə azərbaycanlılara rəhbərlik etdiyi tibb məntəqəsində xidmət göstərməkdən imtina edilib. Sözsüz bu millətçi erməninin özbaşınalığına Sırxavənddə yaşayan azərbaycanlılar göz yummayıb və Adamyan bU kənddən getmək məcburiyyətində qalıb.

Xankəndi şəhərində onkoloji dispanserdə fəaliyyətini davam etdirən Adamyan elə ilk günlərdən azərbaycanlılara qarşı təbliğata başlayıb. Sırxavənddən qovulmasının səbəbini isə mənzilinin azərbaycanlılar tərəfindən qarət olması ilə əsaslandırıb. Əslində isə belə bir hadisə baş verməyib.

Adamyan vilayətdə qatı millətçi kimi tanınıb. Hətta ermənilərin özləri də bu cəllad ağxalatlının antiazərbaycan fəaliyyətinə “heyran” qalıblar.

Adamyan hələ hadisələr başlamazdan əvvəl yanlış həkim təyinatları ilə azərbaycanlılardan qisas almağı özünün ən vacib borcu bilib. Ətraf rayonlardan gələn azərbaycanlı pasientlərlə mehriban münasibət qurmağı bacaran Adamyan sonradan öz işini rahatlıqla görüb.

45 il onkoloji xəstəxananın baş həkimi vəzifəsində işləyən Adamyan Xankəndi şəhərində yeni dispanserin tikintisi və avadanlıqlar üçün Azərbaycanın büdcəsindən arzuladığı qədər vəsait ala bilib. Amma Xankəndi şəhərinə Bakıdan cari yoxlamalar gələndə o, buna qəti etiraz etməkdən çəkinməyib. 

Bakı rəsmiləri ilə hər hansı bir məsələnin həllində, müzakirəsində Adamyanın ilk sözü belə olub: “Biz artıq İrəvanla məsləhətləşmişik, Ermənistanın Səhiyyə Nazirliyinin tövsiyələri daha məqbuldur.

Adamyan baş həkim işləməklə yanaşı həm də Xankəndi Tibb Texnikumunda pedaqoji fəaliyyət göstərib. O, dəfələrlə bu təhsil ocağında Azərbaycan bölməsinin olmasını texnikuma əlavə yük olduğunu söyləyib. Bu məsələdə texnikumun direktoru, yuxarıda adını çəkdiyimiz Eduard Qukasyanın həyat …


Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2020 22-12, 19:16

Tarix

Xəbərlər / Səhiyyə

Bölmə
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Dünya / Siyasət
GENERAL QASİM SÜLEYMANİYƏ QARŞI TERROR AKTINDAN BİR İL ÖTÜR
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Dünya / Siyasət
"İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
Xəbərlər / Siyasət
▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir: UNESCO hara baxır?
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top Xəbərlər
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum