“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?
Bu barədə Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Ölkə hökumətinin açıqlamasına görə, ola bilsin ki, koronavirusun yeni variantı Kanadadan gələn məktubla Pekinə çatıb.
Xarici poçtdan imtina edə bilməyənlər üçün səhiyyə orqanı bir neçə göstərişə əməl etməyi tövsiyə edib: bağlamaları evdən kənarda maska və əlcəklə açmaq lazımdır, “Omikron” infeksiyası riski yüksək olan ölkələrdən gələn əşyaları antiseptiklə təmizləmək lazımdır.
Həmçinin, Çin səlahiyyətliləri yeni növ koronavirusun bağlamalar vasitəsilə ölkəyə daxil ola biləcəyindən qorxurlar, çünki “Omikron”la ilk yoluxma halı xarici məktubla əlaqəli olub. Pekin sakini Kanadadan məktublar alıb və koronavirusa yoluxub, sonradan bu məktubda virus aşkar edilib.
Çatdırılma zamanı məktub ABŞ və Honkonqa səfər etməyi də bacarıb. Onunla təmasda olan bütün poçt işçiləri karantinə göndərilib. Həmçinin xəstənin bütün ailəsi, kuryer və 60-dan çox insan təcrid edilməli olub.
Mənbə: South China Morning Post
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.