• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Mədəniyyət // 2020 9-12, 20:30

QAÇAQ NƏBİ FİLMİNDƏN QAÇAQ NƏBİNİN HƏCƏRİ BARƏDƏ BİLMƏDİKLƏRİNİZ



Keçdiyimiz gün aktrisa Mömünat Qurbanovanın doğum və anım günü idi. Kulis.az saytına istinadən onun haqqında maraqlı faktları sizlərə təqdim edirik.

Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundan Möminat hamıdan ərköyün və çılğın uşaq idi. Orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən biri kimi məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir.
***
“7 oğul istərəm” filminə baxan gündən aktrisa olacağını qət edir. Filmdə baş qəhrəmanlardan birini canlandıran Cəlalın şəklini otağının divarından asır. Obrazı canlandıran aktyor Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələri, fotoşəkilləri bir qovluqa yığıb saxlayır.



1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino sınaqları keçiriilir. Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər Həsənov çəkiləcək. Filmin sınaq çəkilişlərində iştirak etmək üçün kinostudiyaya gəlir. Heç özü də bilmir ki, hansı rolun sınaq çəkilişində iştirak edəcək, sadəcə rejissorun gözünə görünmək istəyir. Sınağa gələn tələbə qızlar arasında Möminat Qurbanova Kamil Rüstəmbəyovun nəzərini cəlb edir. O, Ənvəri də çağırıb deyir ki, bax gör bundan sənə Şərəfnisə olar? Ənvər “elə olar”, - deyə yarızarafat cavab verir. Sınaq çəkilişlərindən də Möminat qalib çıxır, Şərəfnisə roluna təsdiq olunur.
***
Onların münasibətləri elə bu filmlə də başlayır. Filmin çəkilişləri başa çatan kimi cütlük nişanlanır. Mömünat 1978-ci ildə institutu bitirib Ənvərlə ailə qurur, azad təyinat alır. Onların Aytən adlı qızları dünyaya gəlir. İkinci uşağın doğulması Mömünatın həyatı üçün təhlükəli olduğundan Ənvər Həsənov buna razı olmur.



Həyat yoldaşı Ənvər Həsənov onun aktrisa kimi fəlaiyyət göstərməsinə etiraz edir. O, xatirələrində deyir: “İstəyirdim işdən evə qayıdanda yuvamı isti, Möminatı uşaqla, mətbəxlə məşğul olan görüm. Düzü bir az da qısqanırdım, o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi, nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.
***
Artıq aktrisa olmayacağı ilə barışan Mömünat daha bir filmə dəvət alır. Şeyx Əbdül Mahmudbəyov aktrisanı Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində Həcər roluna dəvət edir. Həsən Turabov və Şeyx Əbdül aktrisanın həyat yoldaşına deyirlər ki, əgər o, razı olmasa Mömünatı qaçırıb ondan gizlin filmə çəkəcəklər. Aktyor əvvəl etiraz edir, azyaşlı uşaqlarının olduğunu deyir. Ancaq ona deyirlər ki, lazım gəlsə, uşağa da baxa bilərlər, təki, Mömünat həmin filmə çəkilsin. Razılaşmaqdan başqa çarəsi qalmayan aktyor da həmin filmdə Sirac roluna çəkilir. Həsənağa Turabovun Həcərlə olan əksər mehribançılıq səhnələrində isə qrimlənərək özü çəkilir.



Filmin çəkilişi zamanı aktrisa həvəslənib ata minir. At isə onu götürüb gedir. Bütün çəkiliş heyəti qorxu keçirir. Ənvər Həsənov bundan sonar Həcərin at çapmaq səhnələrini də Möminatın təhlükəsizliyi üçün özü ifa edir.
***
Mömünat Qurbanova İncəsənət Muzeyində çalışıb, şöbə müdiri kimi fəaliyyət göstərib. Bütün həyatı boyu yalnız üç filmə çəkilir. Hər üç filmdə də həyat yoldaşı ilə birgə işləyir.



Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də 50 yaşını qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir. Onlar Nabrandan geri qayıdarkən qəzaya düşürlər. Nəticədə Mömunat Qurbanova dünyasını dəyişir. Ənvər Həsənov həmin günləri müsahibələrinin birində belə xatırlayır:
“Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gələndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyişəcəyəm bunu. Gəldim ki, Möminat, dostlar aşağıda, maşında gözləyirlər, gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim yoxdur. Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim, sonra gec olar, dəyişməzlər. Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, meşədi də, birdən ov düşər könlümüzə. Möminat əlimdə tüfəngi görən kimi qalxdı ki, mən də gedirəm. Kaş, götürməyəydim o tüfəngi. Bu tüfəng atmaq həvəskarı idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən də gedirəm. Getdik. Qayıdanda maşını dostumuz sürürdü. Birdən dedi ki, Ənvər yuxu məni basır, gəl bir az da sən sür. Oturdum sükanın arxasına, Möminat məndən arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi.”



Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2020 9-12, 20:30

Tarix

Mədəniyyət

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Xəbərlər
BU RAYON SAKİNLƏRİNƏ YARDIM EDİLƏCƏK -SƏRƏNCAM
İslam
Rəcəb ayının 13-ü möminlərin əmiri İmam Əli (ə.s) mövlud günüdür
Xəbərlər / Siyasət
▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir: UNESCO hara baxır?
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Top Xəbərlər
Xəbərlər
ŞAD XƏBƏR: Maaşın hər gecikdirilən gününə görə əlavə ödəniş olunacaq - YENİ ...
Xəbərlər / Dünya
İstifadəçi yazdı, Mask paylaşdı, “WhatsApp” rəhbərliyi özünü itirib əl-ayağa ...
Səhiyyə
Qulaqlıqlar zərərlidir? - VİDEO
Səhiyyə
Professordan XƏBƏRDARLIQ - Azərbaycanda yeni virus yayılıb
Dünya / Səhiyyə
Ən təhlükəli vitaminlər açıqlandı
---
Bəzi valideynlər övladlarını məktəbdə qeydiyyatdan keçirə bilmirlər - VİDEO
Xəbərlər
Bəzi yerlərdə leysan, dağlıq rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Xəbərlər / Dünya
"WhatsApp” “Telegram”ın faydalı funksiyasını özü üçün işə saldı - FOTO
Xəbərlər
Ardıcıl 1 həftə qeyri-iş günü olacaq
Xəbərlər
Siyavuş Aslanın oğlu: “Heç atam da qoymurdu ki, qardaşımla oturub-durum” - FOTO
Dünya / Siyasət
“Moskovskiy Komsomolets” Heydər Əliyevdən yazdı: “Karyerası Stalindən Putinə ...
Xəbərlər / Səhiyyə
Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq
Xəbərlər
Azərbaycanda pensiyalar yenidən artırıla bilər - VİDEO
Xəbərlər
İlkin Süleymanov son söz deyib
Xəbərlər / Dünya
İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum