• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / İslamda Ailə // 2021 21-07, 19:55

İSLAMDA AİLƏ. LƏYAQƏTLİ QADININ SİFƏTLƏRİ.

Ötən səhifələrdə ləyaqətli qadınların iki xüsusiyyətinə işarə olundu, beləliklə söhbətimizi onların başqa sifətlərini saymaqla davam etdiririk.

Ləyaqətli qadının digər gözəl və təqdirəlayiq sifətlərindən biri budur ki, öz ərini bütün dünyaya belə dəyişməsin. Bu məsələ bir neçə surətdə isbata yetir:

Birinci: Qohum-əqrəba və ya tanışlardan bəzisinin qadınının ərinə qarşı onun ardınca xoşagəlməz sözlər danışarsa qadın tam cəsarət, cürət və ədəblə öz ərinin tərəfini saxlamalıdır.

İkinci: Ailənin maddi vəziyyəti istər aşağı, istərsə də yuxarı həddə olduqda, başqa sözlə desək, ailənin pullu və pulsuz olması qadının rəftar və münasibətində dəyişiklik yaratmamalıdır. Əksinə, kasıbçılıq zamanı və maddi çətinliklərlə qarşılaşarkən ərinə qarşı daha artıq məhəbbət və mehribanlıq göstərməlidir. Əsla səbirsizlik edib öz qüdrət və dözümünü əldən verməməlidir.

Üçüncü: Süstlük, zəiflik, yaxud kiçik bir səhv müşahidə etdikdə, heç vaxt onu özgəsinə açıb söyləməməli, evin çatışmamazlıqlarını başqalarına bildirməməlidir.

 Qurani- Şərif bu barədə belə yol göstərir. Ümumiyyətlə Quran bu nəzərə malikdir ki, insan gərək başalarının eyblərini örtməklə yanaşı, eyni zamanda bilməlidir ki, özü başdan-ayağa eyb, nöqsan, günah və üsyankarlıqdadır. 

Əgər eybləri örtən Allah onun eyblərini camaatın gözündən gizlətməsəydi hər yerdə rüsvay olardı. Bu böyük nemət müqabilində şükr edərək gözlərimizi başqalarının nöqsan və çatışmamazlıqlarından örtərək eyblərini görməməliyik.

 Bu mühüm məsələdə hamıdan çox qadın çalışmalı və bilməlidir ki, pullu və pulsuz olmağın hər ikisi insan üçün bir imtahandır. Yə`ni Allah insanı pullu və pulsuz olmaqla yoxlayır. Qadın pulsuzluğuna görə heç vaxt ərini təhqir etməməli və yaşayışda yoxsulluq ilə üzləşdikdə öz ərini digər tanışları, həmkarları və qohumları ilə müqayisə etmək fikrinə düşməməlidir ki, bu surətdə ailənin şirin yaşayışı acı zəhərə çevrilər.

Hədislərdə deyilir ki, Əmirəl-möminin (əleyhissalam) hər vaxt xanım Fatimə (əleyha salam)-ın zahirdə kiçik və yoxsul evinə daxil olsaydı, rahatlıq hiss edər, təskinlik tapardı. Amma, əgər bir qadın salehə və eləcə də sayılan sifətlərə malik olmazsa və ərin haqqı ödənilməzsə çarəsi nədir? Çarəsi nəsihət etməkdir!

Kişinin qadına qarşı hüququ əxlaqi vəzifələr və ürfi qaydalardan istisna olunur. Belə ki, kişinin öz arvadını “nə üçün partarlarını yumayıb və ya xörəyi yaxşı bişirməyib” deyə sorğu-suala tutmağa haqqı yoxdur. Kişinin qadına qarşı tam haqqı təkcə ər-arvad məsələləri ilə bağlıdır ki, bu barədə qadın gərək yalnız öz ərinə təslim olsun. Salehə qadın öz ərinin ruhiyyəsindən xəbərdar olub ərinin ondan bir şey istəməsindən əvvəl onun istəyinə müvafiq əməl edən qadınlara deyilir.

Yuxarıda qeyd edildi ki, moizə üç əsas şərt əsasındadır ki, yalnız onların mövcud olduğu surətdə moizə təsir edib nəticə verəcəkdir:

1-Mehr-məhəbbət göstərmək: Yəni moizə edən mehribanlıq və ürək yanğısı ilə nəsihət etməlidir.

2-Dəlil gətirmək: Yəni moizənin əsası aşkar və məlum bir dəlil ilə qeyd olunsun.

3-Ürək genişliyinə malik olmaq.

Moizə zamanı sonuncu şərt çox mühüm əhəmiyyətə malik olması ilə yanaşı, həm də qeyd etmək lazımdır ki, böyük nemətdir.
 Belə ki, Allah-Taala Quranda Öz Rəsuluna bu cür xitab edir:

 “Ey əziz Rəsul, Biz sənə geniş ürək və açıq qəlb əta etmədikmi?” (“İnşirah” surəsi, ayə:1)

Yəni, Allah-Taala Öz Rəsulunun mübarək sinəsinin genişliyini və ona mənəvi aramlıq və sakitlik əta etməsini minnət ünvanı kimi yad edir.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 21-07, 19:55

Tarix

İslam / İslamda Ailə

Bölmə
İslamda Ailə
İSLAMDA AİLƏ. KİŞİ QADININ HİMAYƏÇİSİDİR.
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
İslamda Ailə
İSLAMDA AİLƏ. AİLƏDƏ QARŞILIQLI GÜZƏŞT VƏ XƏTALARI ÖRTMƏK
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. İSLAM PEYĞƏMBƏRİNİN (S) XÜSUSİYYƏTLƏRİ
İslamda Ailə
MEHRİBANLIĞIN AİLƏ HƏYATINDA ROLU
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum