• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / İslamda Ailə // 2021 23-06, 20:00

İSLAMDA AİLƏ. KİŞİ QADININ HİMAYƏÇİSİDİR.


Müqəddəs Quranda ev idarəçiliyi barəsində çoxlu qaydalar
mövcuddur, o cümlədən:
“(İşgüzar) kişilərin qadınlara böyüklük və onları qorumaq
haqqı vardır, ona görə ki, Allah bə`zilərini bə`zilərindən üstün
qərar verib və ona görə ki, kişilər öz mallarından qadınların məişət
və yaşayış xərclərini ödəyirlər.”(Nisa surəsi, ayə 34) 

Buna əsasən evin böyüklüyü kişi ilə bağlı olaraq onun qadın
üzərində böyüklük haqqı vardır. Başqa sözlə desək, idarə işləri, mənzil tədarükü maddi və mənəvi cəhətdən kişinin öhdəsinədir. 

Əlbəttə, bu ağır vəzifəni yerinə yetirmək yalnız qəlblərə hakim
kəsilməklə mümkündür ki, tənha maddi bədənə malik olmağın təsiri
yoxdur. Çünki, zor və qüvvət daimi deyildir.

Qanunvericilikdə müvəffəqiyyət qanuna riayət edənlərin
qəlblərinə hakim kəsilməkdir. Kişinin də ailədə böyüklük etməsinin
 müvəffəqiyyəti ailə üzvlərinin ürəklərinə hakim olması ilə bağlıdır. 
Belə olan halda kobudluq və tünd xasiyyətliyə yol verilmir və
nəticədə ev mühiti başqa İslami mühitlər kimi, zorakılıq, dava-dalaş
və bədrəftarlıqdan uzaq olur.

 Qeyd olunan ayədən məlum olduğu kimi, kişilərin ailədə
hakim olmalarının bir neçə dəlili vardır ki, onlardan biri də kişilərin
yüksək fikir və düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə
(emosianal xüsusiyyətə) malik olmasıdır. Fikir və düşüncə tələb edən
qayğılar kişinin, məhəbbət və mehribanlıq rəftarı isə qadınların
öhdəsinədir.

Evdarlıq, ailə qayğıları, eləcə də uşaqların təlim-tərbiyəsində
məhəbbət və mehribanlığın rolu böyükdür. Fitrət və yaranış
xüsusiyyətinə görə bu cür vəzifələr doğrudan da qadının rəftar, 
istedad, təbiət və bacarığı ilə münasibdir, bir halda ki, kişilər bu
vəzifələri yerinə yetirməyin öhdəsindən, fitrətləri qadın fitrət və
təbiətindən fərqli olduğu üçün gələ bilmirlər.

Kişinin vücudu uşaq saxlamaq və ya evdarlıq işləri üçün
yaranmamışdır. Kişidə yüksək fikir və düşüncə qabiliyyətinin olması
onun fitrət və təbiətinin ağır ictimai işlərlə münasibliyindən doğur.

“Qadın qızılgül, kişi isə uca və gövdəli bir ağaca bənzəyir. Zərif
və təravətli qızılgülün qızmar günəş istiliyinə, küləyə, tufana və qışın
sərt soyuğuna dözümü olmadığı kimi, qadının da ağır və yorucu
ictimai işlər qarşısında müqavimət və dözümü yoxdur.”

Beləliklə, kişi və ya qadının vücudu olmazsa cəmiyyətdə
çatışmazlıq və naqisliyin olmağı nəzərə çarpacaqdır. Bu cəhətdən
kişinin təlabatına əsasən, mənzil tədarükü və ağır işlər evdarlıq və
zərif işlər isə təbiətinə əsasən qadının öhdəsinə verilmişdir. Aydın
məsələdir ki, bu kişinin qadından üstün olmasına dəlil ola bilməz. 

Quran “kişilər qadınlardan üstündür”
 buyurduğunun mə`nası budur
ki, kişi qadına nisbətən vücud üstünlüyü deyil, yüksək “ fikir və
düşüncə üstünlüyü”nə malikdir. Eyni zamanda qadının da kişiyə
nisbətən üstünlüyü vardır ki o da “atifə, mehr-məhəbbət və
mehribanlıq üstünlüyüdür.” Quran kişinin qadına olan üstünlüyünü bəyan etmək qəsdində deyildir və bu ayə qadının yüksək məqamına
təhqir kimi hesab edilməsin.

Sözümüzün əvvəlində kişinin güclü fikir və düşüncə
qabiliyyətinə malik olub nəticədə qadından daha artıq ayıq və huşlu
olduğunu, eləcə də qadının güclü atifə, məhəbbət və mehribanlıq
hislərinə malik olduğunu və bunun da nəticəsində kişidən daha artıq
atifəli, mehr-məhəbbətli olduğunu qeyd etdik.

Kişi və qadın arasındakı bu fərqi onlardan birinin digəri
üzərində üstünlüyü kimi düşünmək düzgün deyildir. Bu fərq yalnız
kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənşəyi
olmaqla yanaşı, Allahın
“Allahın nişanələrindən biri də budur ki, sizlərə özünüzdən
həyat yoldaşı yaratdı ki, onların yanında rahat olasınız. Və sizin
aranızda məhəbbətlə mehribanlıq yaratdı. Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki, 
həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq
mənşəyidir) təfəkkür və düşüncə əhli üçün Allah hikmətindən bir
nişanədir.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 23-06, 20:00

Tarix

İslam / İslamda Ailə

Bölmə
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Xəbərlər
AZƏRBAYCANDA 2021-Cİ İL ÜZRƏ KİŞİLƏRİN VƏ QADINLARIN PENSİYA YAŞI AÇIQLANDI
İslam
HƏVVANIN YARANIŞI VƏ ŞEYTANIN ADƏMLƏ (S) HƏVVANI ALDATMASI
İslam
MÜBARƏK RAMAZAN AYININ 19-CU GECƏSİ (1MAY)
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum