ƏXLAQ.TƏHARƏT VƏ TƏMİZLİK BARƏDƏ QISA MƏTLƏBLƏR.
İslam dini bəşər övladının həyatı üçün kamil proqram olub, onun maddi və mənəvi həyatının bütün sahələrinə aid olduğu və təmizliyin insan həyatında olan mühüm məqamını nəzərə alaraq bu dində təmizlik mövzusuna xüsusi diqqət verilmişdir". Qurani-Kərimdə bununla bağlı belə buyurulur:
و رجال يحبون أن يتطهروا والله يحب المطهرين. »
"Orada (təqva əsasında tikilmiş məsciddə) paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!"
İslam peyğəmbəri (s) buyurmuşdur: "Təmizlik imanın yarısıdır." Peyğəmbər (s) buyurur: "Paklıq və təmizlik namazın açarıdır." Peyğəmbər (s) həzrətləri digər hədisdə buyurmuşdur: "Din təmizlik üzərində qurulmuşdur."
Həmçinin digər hədisdə belə buyurur: "Çirkli şəxs necə də pis bir bəndədir!"
Ariflərdən biri demişdir: "Bəsirət sahibləri diqqətli olmalı və bu zahiri əməllərdən iman əsasının qəlbi və daxili islah və abadlaşma olduğunu dərk etməlidirlər. Onlar bunuda, bilməlidilər ki, Peyğəmbər həzrətlərinin (s) buyurduğu - "Təmizlik imanın yarısıdır." cümləsində məqsədi budur ki, bədənin zahiri üzvlərini su ilə paklamaqla imanın yarısını əldə etmək olar, daxili təmizliyi paklamaq və islah etmək üçün isə saleh əməllər və bəyəniləsi əxlaqlar yerinə yetirməklə imanın digər yarısınıda əldə etmək olar."
Təharət və mərhələləri:
Təharət və paklığın aşağıda təqdim edilən dörd dərəcəsi vardır:
1. Bədən üzvlərinin zahirini çirk və murdar şeylərdən təmizləmək;
2. Bədən üzvlərini günahlardan təmizləmək;
3. Qəlbi xoşagəlməz əxlaqi xüsusiyyətlərdən təmizləmək;
4. Daxili aləmi Allahdan başqasından təmizləmək "yəni həyatın bütün sahələrində Allahdan başqasına etina etməmək". Qeyd etmək lazımdır ki, sonuncu mərhələ ilahi peyğəmbərlər və siddiqlərə (əqidəsi, sözü və rəftarında tamamilə doğru olan ilahi şəxslərə) məxsusdur. Unutmayaq ki, sadalanmış hər bir mərhələdə təharət və paklıq təharətin həyata keçdiyi əməlin yarısı sayılır. Təharət və paklıq üçün qeyd edilmiş mərhələlər əslində iman mərhələləri sayılır və hər mərhələnin özünəməxsus bir həddi vardır. Həmçinin heç bir şəxs öndəki mərhələni ötməmiş, növbəti mərhələlərə qədəm qoya bilməz. Deməli, heç bir insan özünü pis və xoşa gəlməz əxlaqdan təmizləməmiş, ilahi mərifət və əzəməti dərk etmək vasitəsilə öz daxili aləmini Allahdan başqasından təmizləyə bilməz. Bədən üzvlərini günahlardan təmizləməyən və onları ibadət və itaətlə islah etməyən isə həmin mərhələyə nail ola bilməz.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.