Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya baş çəkiblər - YENİLƏNİB - VİDEO
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.HesenEskeri.Az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib: “Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər.
Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.
Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiyanın qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.
Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
***12:53
“Rusiya qanunvericiliyinə əsasən, Kamil Zeynallı bir ay müddətində təcridxanaya yerləşdirilməli və Ermənistan bu müddətdə bütün sənədləri Rusiya Baş Prokurorluğuna təqdim etməlidir. Daha sonra onun Ermənistana verilib-verilməməsi məsələsinə baxılacaq”.
Bunu Rusiyada yaşayan azərbaycanəsilli hüquqşünas Elman Paşayev fitnes məşqçisi Kamil Zeynallının saxlanılması ilə bağlı Baku TV-yə açıqlamasında deyib.
E.Paşayev bildirib ki, beynəlxalq konvensiyaya görə, saxlanılan şəxsi beynəlxalq axtarışa düşmən ölkə veribsə, o, həmin ölkəyə ekstradisiya edilməməlidir:
“Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Ona görə də Rusiya onu heç cür Ermənistana verə bilməz”.
Hüquqşünas onu da bildirib ki, Kamil Zeynallının hüquqlarının müdafiəsini heç bir maddi qarşılıq olmadan öz üzərinə götürməyə hazırdır.
Daha ətraflı süjetdə:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.