10 DEKABR AZADLIQ MEYDANINDA KEÇİRİLƏCƏK ZƏFƏR PARADINDA, DÜŞMƏNDƏN QƏNİMƏT OLARAQ GÖTÜRÜLƏN TƏHCİZATLAR NÜMAYİŞ OLUNACAQ

tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.


Sabah bu yollar hərbi parad başa çatanadək bağlı olacaq – SİYAHI
Belə ki, tədbir tam başa çatanadək hərəkət:
1️⃣ Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə,
2️⃣ Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə,
3️⃣ Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə,
4️⃣ M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə,
5️⃣ Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə,
6️⃣ A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə,
7️⃣ Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə,
8️⃣ 28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə müəyyənləşdirilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.