Erməni silahlıları Kəlbəcərdə mülki avtomobil karvanını atəşə tutdu - RƏSMİ + FOTO/VİDEO
Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin VAZ-2121 markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.
Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.
Qeyd edilib ki, azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün Rusiya sülhməramlılarının müşayiəti ilə hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir:
“Bu insidentin araşdırılması üçün Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət edilmişdir”.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.