İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi (MAS) fəaliyyət göstərir.
HesenEskeri.Az “Az.shafaqna.com” saytına istinadən xəbər verir ki, vətəndaşlar “asanlogin.my.gov.az” portalı üzərindən MAS-a daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.
Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyinə (DMA) müraciət edilib.
Qurumdan bildirildi ki, MAS-da vakansiya bankı sistemi yaradılıb: “Vətəndaşlar vakansiya bankında ölkə üzrə DMA-ya təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər”.
Hazırda MAS-dakı vakansiyalar üzrə əmək haqqı işə götürən tərəfindən müəyyən edilir. MAS-ın təqdim etdiyi vakansiyalar üzrə əmək haqqı 300 manatdan 1500 manatadək dəyişir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.