• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Səhiyyə // 2021 30-08, 18:10

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verilib


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.
Dövlət Agentliyindən "Report"a bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:
1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.
Qeyd edək ki, yoxlama zamanı COVİD-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVİD-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.

COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləmək mümkündür:

● "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

● "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540
COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 30-08, 18:10

Tarix

Səhiyyə

Bölmə
Xəbərlər / Səhiyyə
BU GÜNDƏN SƏRT KARANTİN REJİMİ YUMŞALDILDI
Xəbərlər / Səhiyyə
Operativ Qərargahdan yeni qərarlar - Rəsmi
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp yaradır...
Xəbərlər / Səhiyyə
COVID-19 pasportunun əldə edilməsi ilə bağlı qaydalar AÇIQLANDI
Xəbərlər / Səhiyyə
Sabahdan Azərbaycanda bu qadağalar ləğv olunur- SİYAHI
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Top Xəbərlər
Xəbərlər
Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası götürülüb? - RƏSMİ CAVAB
Xəbərlər
Noyabrın 22-si ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər
Bazar gününə olan hava proqnozu açıqlanıb
Dünya / Səhiyyə
Türkiyəli həkim danışdı: Hansı əlamətlər uşaqlarda qan xərçənginin xəbərçisi ...
Xəbərlər
Rəşad Dağlı hadisə yerindən İsgəndəri necə öldürməsindən danışdı - VİDEO
Xəbərlər
"Kupçası" olmayanlara ŞAD XƏBƏR - Bundan sonra... - VİDEO
Xəbərlər
“WhatsApp”da yeni funksiya istifadəyə verilib
Xəbərlər
Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin maaşı artacaq
Səhiyyə
DİQQƏT! Bu uşaqlar kütləvi qızılcaya yoluxurlar - VİDEO
Xəbərlər
Paradoksal VƏZİYYƏT - Ət, buğda bahalaşır, çörək və kolbasa isə UCUZLAŞIR
Xəbərlər
Bakıda sürücü avtoyuma məntəqəsinin qarşısında qəfil öldü - FOTO + ANBAAN VİDEO
Xəbərlər
Bu şənbə metro hansı rejimdə işləyəcək?
Xəbərlər
FHN-dən güclü küləklə əlaqədar əhaliyə MÜRACİƏT
Xəbərlər
Manat ucuzlaşacaq? - PROQNOZ - VİDEO
Xəbərlər
Qış mövsümündə kartof kəskin bahalaşacaq? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum