Qədr gecəsinin əməlləri.
Ramazan ayının 19-21-23-cü gecəsi “Qədr” gecələridir. “Qədr” gecəsi min aydan fəzilətli olduğu kimi, həmin gecə yerinə yetirilən yaxşı əməllər də min ayın yaxşı əməllərindən üstün, fəzilətlidir və həmin gecələrə məxsus əməllər aşağıdakılardan ibarətdir:
1. Qüsl etmək; Onu elə həmin gün günbatan vaxtı yerinə yetirmək daha yaxşıdır; belə ki, şam namazı qüsllə qılınsın.
2. Əhya saxlamaq (gecəni oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, شhər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
3. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;
4. “Cövşən-Kəbir” duasını oxumaq;
5. Peyğəmbəri-Əkrəmə (s) və onun Əhli-beytinə salam və salavat göndərmək;
6. Bu duanı oxumaq:
اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ
Duanın oxunuşu: Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali-Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əbdukəl miskinul mustəkinuz-zəiful fəqirul məhin. Əllahummə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud-dua!
Duanın tərcüməsi: “İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən, özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir. Bu gecə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən duaları eşidənsən!”
7. İki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunsun və namazdan sonra yetmiş (və yaxud yüz) dəfə “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” – deyilsin, yəni tövbə edib Allahdan günahlarınını bağışlanmasını diləsin. Peyğəmbərdən (ə) nəql olunur ki, bu əməli yerinə yetirən şəxs yerindən ayağa qalxmamış onun özü və ata-anası Allah-Taala tərəfindən bağışlanar...
Əlbəttə bu namazla yanaşı, yüz rükət namaz qılmağın da böyük savabı var. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaq tövsiyə olunur.
8. Yüz dəfə “Əllahumməl`ən qətələtə Əmirilmu`minin” (İlahi, Əmirəlmömininin qatilinə lənət et!) demək;
9. Bu duanı oxumaq;
يَا ذَا الَّذِي كَانَ قَبْلَ كُلِّ شَيْءٍ ثُمَّ خَلَقَ كُلَّ شَيْءٍ ثُمَّ يَبْقَى وَ يَفْنَى كُلُّ شَيْءٍ يَا ذَا الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ يَا ذَا الَّذِي لَيْسَ فِي السَّمَاوَاتِ الْعُلَى وَ لا فِي الْأَرَضِينَ السُّفْلَى وَ لا فَوْقَهُنَّ وَ لا تَحْتَهُنَّ وَ لا بَيْنَهُنَّ إِلَهٌ يُعْبَدُ غَيْرُهُ لَكَ الْحَمْدُ حَمْدا لا يَقْوَى عَلَى إِحْصَائِهِ إِلا أَنْتَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلاةً لا يَقْوَى عَلَى إِحْصَائِهَا إِلا أَنْتَ
Duanın oxunuşu: Ya zəlləzi kanə qəblə kulli şəy`, summə xələqə kullə şəy`, summə yəbqa və yəfna kullu şəy`, ya zəlləzi ləysə kəmislihi şəy`, və ya zəlləzi ləysə fis-səmavatil ula və la fil ərəzinəs-sufla, və la fəvqəhunnə və la təhtəhunnə və la bəynəhunnə ilahun yu`bədu ğəyruh, ləkəl həmdu həmdən la yəqva əla ihsaihi illa ənt, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, səlatən la yəqva əla ihsaiha illa ənt.
Duanın tərcüməsi: Ey hər şeydən öncə və əvvəl olan, sonra hər şeyi yaradan və daha sonra bütün şeylər fani olacağı halda, baqi və əbədi qalan! Ey tayı-bərabəri olmayan! Ey uca göylər və aşağı yerlərdə, onların üstündə, altında və onların (yer və göylər) arasında ondan başqasına ibadət olunmayan! Səndən başqa kimsənin saya bilmədiyi həmd-səna yalnız Sənə məxsusdur! Mühəmməd və Mühəmmədin Əhli-beytinə Səndən başqa kimsənin saya bilmədiyi qədər salam göndər!
10. Aşağıdakı duanı oxuyun:
اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا
Duanın oxunuşu: Əllahumməc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzail-ləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil-məbrur, həccuhumul-məşkur sə`yuhumul-məğfur zunubuhumul-mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təf`ələ bi kəza və kəza.
Duanın tərcüməsi: İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən...
“Kəza və kəza” sözlərinin yerinə öz hacətlərinizi istəyin.
11. Quranı açıb qarşınızda tutaraq deyin:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ
Duanın oxunuşu: Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi, və fihismukəl-əkbər və əsmaukəl-husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən-nar.
Duanın tərcüməsi: “İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.”
Sonra Allah-Taaladan öz hacətlərini istə!
12. Quranı başınıza qoyub deyin:
اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ
Duanın oxunuşu: Əllahummə bihəqqi hazəl-Qur`an, və bihəqqi ma ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə minkə.
Duanın tərcüməsi: “İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!
Sonra on dəfə de:
بِكَ يَا اللَّهُ – Bikə ya Əllahu
On dəfə de:
بِمُحَمَّدٍ – Bi Muhəmmədin
On dəfə de:
بِعَلِيٍّ – Bi Əliyyin
On dəfə de:
بِفَاطِمَةَ – Bi Fatimətə
On dəfə de:
بِالْحَسَنِ – Bil-Həsəni
On dəfə de:
بِالْحُسَيْنِ – Bil-Husəyni
On dəfə de:
بِعَلِيِّ بْنِ الْحُسَيْنِ – Bi Əliyyibnil-Husəyni
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ – Bi Muhəmmədibni Əliyyin
On dəfə de:
بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ – Bi Cə`fəribni Muhəmmədin
On dəfə de:
بِمُوسَى بْنِ جَعْفَرٍ – Bi Musəbni Cə`fərin
On dəfə de:
بِعَلِيِّ بْنِ مُوسَى – Bi Əliyyibni Musa
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيّ – Bi Muhəmmədibni Əliyyin
On dəfə de:
بِعَلِيِّ بْنِ مُحَمَّدٍ – Bi Əliyyibni Muhəmmədin
On dəfə de:
بِالْحَسَنِ بْنِ عَلِيٍّ – Bil-Həsənibni Əliyyin
On dəfə de:
بِالْحُجَّةِ – Bil-Huccəti
Sonra Allah-Taaladan öz hacətlərini istəyirsən!
13. “Fərəc” duasını oxuyun:
اَللّـهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِه في هذِهِ السَّاعَةِ وَفي كُلِّ ساعَة وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناحَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Duanın oxunuşu: Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəh, və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv`a, və tuməttihəu fiha təvila.
Duanın tərcüməsi: İlahi! Sənin cаnişinin Hüccət ibnil-Həsənə (imam Zaman (ə)) – ona və əcdadına salam və salavatın olsun, indi və hər bir an himayəçi, közətçi, rəhbər, köməkçi, yolgöstərən və qoruyucu ol. O vaxta qədər ki, öz mәslәhәtinlә onu yer üzündə sakin edəsən və onu uzun müddət bəhrələndirəsən.
(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri – Qədr gecələrinin əməlləri” bölümü.)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.