• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Dünya / Siyasət // 2023 11-09, 08:00

İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdləri iflasa uğradı

Ermənistanın regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdləri iflasa uğradı.
HESENESKERI.AZ Report-a istinadən xəbər verir ki, erməni mənbələri tərəfindən İranla Azərbaycan arasında münasibətlərə xələl gətirəcək məlumatlar həm yerli mətbuat, həm də cənub qonşumuzun rəsmiləri tərəfindən uğurla təkzib edilib.
Bakıda səfərdə olan İran Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatların yalan olduğunu bəyan edib.
“Bunlar sadəcə əsassız və yalan xəbərlərdir ki, bir sıra bəlli qüvvələr tərəfindən İran-Azərbaycan münasibətlərini korlamağa hədəflənib və məhz onlar tərəfindən yayımlanıb. Bundan başqa, SEPAH-la bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. SEPAH-ın da sərhəddə dəstələri yoxdur və birgə təlim keçirmək üçün heç bir səbəb yoxdur. Tək hədəfimiz və istəyimiz odur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın. Cənubi Qafqaza sülh və əmin-amanlıq gəlsin. Ölkələr arasında barışıq olsun. Ümid edirik ki, iki ölkənin siyasi rəhbərliyi bu xətti davam etdirərək sülhə daha tez nail olacaqlar”, - M.Əhədi deyib.
Bunun ardınca İranın vitse-prezidenti Məhəmməd Cəmşidi İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri arasındakı telefon danışınığının detallarını açıqlayıb. O qeyd edib ki, Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir.
M.Cəmşidinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir.
Qeyd edək ki, İran Ermənistan tərəfinin son vaxtlar bölgədə müxtəlif narahatedici addımlarının fərqində olduğunu göstərir. İran isə region məsələlərinin məhz region ölkələri tərəfindən həll edilməsini istəyir. 3+3 formatı Azərbaycan tərəfindən irəli sürülən və Türkiyənin də dəstək verdiyi təşəbbüsdür. Tezliklə bu təşəbbüs şərçivəsində XİN başçıları səviyyəsində görüşün keçiriləcəyi gözlənilir, bundan sonra daha yüksək səviyyədə də görüşlər ola bilər. İran prezidentinin bu formatı xatırlatması Ermənistanın regiondan kənar qüvvələri bölgəyə gətirmək cəhdinə reaksiyadır.
Ermənistan “mürəkkəb gedişlər” edərək hamını aldada biləcəyini düşünür. Regionda açıq şəkildə Qərbin kəşfiyyat mərkəzinə çevrilir, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışır, NATO və Aİ-ni bölgəyə gətirmək istəyir, ABŞ ilə hərbi təlimlər keçirir, Rusiya rəsmilərinin ünvanına açıq təhqirlər səsləndirir və s. Amma paralel olaraq İran və Rusiyadan dəstək istəyir.
Rusiya ilə İran Paşinyanın oyunlarının mahiyyətini anlamayacaq qədər sadəlövh deyillər. Ermənistan səfirinin ilk dəfə olaraq Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilməsi, İran Prezidentinin Paşinyanla telefon danışığında “əcnəbilərlə təlimlər”, “şübhəli səfərlər” haqda dedikləri də bunu bir daha sübut edir.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 1
  • Oxşar xəbərlər
Zəhra_knizi 11 sentyabr 2023 15:04

İnşəAllah Allah xeyirli xəbərlər eşitmək nəsib etsin

2023 11-09, 08:00

Tarix

Dünya / Siyasət

Bölmə
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Mədəniyyət
“Arif Quliyevi dəfn etdikləri yerin adı heç bir dəftərdə yoxdur“ - Yaşar
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum