Yenil il ərəfəsində market və bazarlarda bahalaşma olacaq? - VACİB AÇIQLAMA
Yeni il ərəfəsi bazar və marketlərdə qiymət artımı artıq bir ənənə halını alıb.Heseneskeri.az xəbər verir ki, mövsümi tələbin artması və insanların bayram alış-verişinə yönəlməsi qiymətlərdə əhəmiyyətli fərqlərin yaranmasına səbəb olur.
Xüsusilə ərzaq məhsulları, şirniyyatlar, bayram dekorasiyaları və hədiyyələrdə müşahidə olunan bahalaşma istehlakçıların büdcəsinə əlavə yük yaradır.
İqtisadçı Rəşad Həsənov baku.ws-ə açıqlamasında bahalaşmanın səbəbləri barədə danışıb. Ekspert hesab edir ki, bazarda qiymətlərin formalaşması daha çox tələb və təklif əsasında yaranan konyukturdan qaynaqlanır:
"Yeni il ərəfəsində bir sıra ənənəvi məhsulları, xüsusilə də qida məhsullarına tələbat artır. Tələbatın artması bazarda qiymətlərə təsir göstərir. Çünki adətən bu kimi qısamüddətli dövrlərdə artan tələbə uyğun şirkətlər öz ehtiyatlarını uyğunlaşdıra bilmirlər və yaxud da bununla əlaqədar olaraq təchizat zəncirində müəyyən gecikmələr yaranır. Tələbin birdən-birə artması qısamüddətli dövrdə pərakəndə ticarət obyektlərində müvafiq ehtiyatların yaradılması imkanlarını məhdudlaşdırır.
Eyni zamanda biznesin məqsədlərindən ən vacibi də mənfəət normasını yüksəltmək və gəliri maksimizə etməkdir. Bu aspektdən yanaşsaq, yaranmış şəraitdən istifadə olunur və qiymətlər artır. Bütövlükdə prosesin mahiyyəti məhz bundan ibarətdir.
Amma eyni zamanda qiymətlər yalnız bir şərti əsasında formalaşmır. Burada əhalinin alıcılıq gücü və sair də təsirləri vardır. Yəni, bir tərəfdən qiymətləri artıran istiqamətdə təzyiqlər yaranırsa, digər tərəfdən də əhalinin alıcılıq gücü burada əsas faktor rolunu oynayır. Buna baxmayaraq, istənilən halda qiymətlərdə və yuxarı istiqamətli qısamüddətli meyillər müşahidə olunur".
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.