• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2023 21-02, 12:45

Iqtisadçı ətin qiymətinin bahalaşmasının səbəbin açıqladı


Eyyub Kərimli: “Örüş yerlərinin az olması səbəbindən fermerlərə buynuzlu heyvanı saxlamaq baha başa gəlir”
Bir müddət öncə ekspertlərin ətin qiymətində artımın olacağı ilə bağlı ehtimallar özünü doğruldur. Bakıya nisbətən bölgələrdə ətin münasib qiymətə satıldığı bildirilir. Amma bölgələrdə də bahalaşma tendensiyası müşahidə edilməkdədir. Sakinlər bildirirlər ki, bölgələrdə ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.  Elə “Xəzərxəbər”in hazırladığı süjetdə də Cəlilabaddakı satıcılar qeyd ediblər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Buna səbəb diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır. Tovuzda yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər. Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yanvar ayında açıqladığı statistik nəticəyə görə, Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur. Qurumdan bildirilib ki, Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir. Həmçinin ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik müqayisədə 16.3% bahalaşma deməkdir.
Eyyub Kərimli 
İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ətin qiymətinə birbaşa təsir edən bir neçə amil var: “Burada mövsümlə əlaqədar olaraq yemin qiymətinin artması səbəb kimi göstərə bilərik. Həmçinin müharibə səbəbindən Ukraynadan ət idxalının azalmasıdır. Toyların, xeyir işlərin sayı artmaqdadır. Qarşıdan Novruz bayramı da gəlir. Bizdə tendensiyadır, bayramqabağı məhsulların qiyməti bəzən artır. Eləcə də örüş yerlərinin az olması fermerlərə də buynuzlu heyvanı saxlaması baha başa gəlir. Çünki yemin qiyməti artıb. Hələ örüş  yerlərində təzə ot bitməyib. Heyvanları quru yemlərlə yemləyirlər. Bu da qiymətin artmasına təsirini göstərir. Düşünürəm ki, qiymət artımı mövsümi amillərlə əlaqədardır. İki-üç aya biz bu qiymətlərin enməsini müşahidə edəcəyik. Çünki yeni örüş yerlərində ot bitəndən,  heyvanların əvvəlki kimi yemlənməsindən sonra qiymətlər də aşağı düşəcək”.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 21-02, 12:45

Tarix

Xəbərlər

Bölmə
Xəbərlər
Artırılacaq rüsumların - Ümumi siyahısı
Xəbərlər
Yeni Tarif Cədvəlinə əsasən əmək haqları nə qədər artırıldı? - SİYAHI + VİDEO
Xəbərlər
Azərbaycanda bahalaşmanın dayanacağı vaxt yaxındadırmı? - ARAŞDIRMA
Xəbərlər
Gəlinlik, xonça, dekor: Evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA + FOTO
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Xəbərlər
Azərbaycanda ət də BAHALAŞDI - YENİ QİYMƏTLƏR
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum