• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər / Dünya // 2021 14-03, 17:06

National Geographic” jurnalı “Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşıb


ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin 180 milyonluq oxucu auditoriyası olan məşhur “National Geographic” jurnalı “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb. Fotonun müəllifi tanınmış fotoqraf Rəna Əfəndidir.
HeseEskeri.az AZƏRTAC-a istinad edərək xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilib.
Qeyd edilib ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir.
Paylaşımda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılıb.
Qeyd edək ki, “National Geographic” bundan əvvəl “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində ermənilərin törətdikləri dağıntıları əks etdirən fotolar da paylaşıb. Həmin paylaşımda bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilib. Qeyd edilib ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.
Bundan başqa, “National Geographic” jurnalında Rəna Əfəndinin “Mən evimin hələ öz yerində qalıb-qalmadığını bilmirəm” sərlövhəli fotoreportajı da dərc edilib. Fotoqrafın erməni işğalından azad edilmiş Ağdam, Qubadlı, Füzuli və Kəlbəcər rayonlarına səfəri zamanı hazırlanmış reportajda Birinci Qarabağ müharibəsi dövründə həmin ərazilərdən qovulmuş ailələrin taleyindən bəhs edilib. Həmin materialda Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının nəticələrini əks etdirən çoxlu fotoşəkil var. Bu fotoşəkillərdə illər boyu torpaqların azad olunmasını gözləyən məcburi köçkünlərin yorğun sifətləri, ermənilər tərəfindən yandırılmış torpaqlar, ermənilər həmin əraziləri tərk edəndən əvvəl qırdıqları elektrik xətləri, Ağdam, Füzuli və azad edilmiş digər rayonlarda kütləvi dağıntılar görünür.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2021 14-03, 17:06

Tarix

Xəbərlər / Dünya

Bölmə
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Xəbərlər / Siyasət
▪️Ermənilər Şuşadan oğurladıqları xalçalarla sərgi keçirir: UNESCO hara baxır?
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Dünya / Siyasət
"İSKƏNDƏR" BAKIYA ATILIB VƏ GÖYDƏ VURULUB? -BRİTANİYA SAYTI-
Xəbərlər / Siyasət
Prezdenti İlham Əliyev və İran İslam Respublikasının xarici işlər naziri
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər
Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı QƏRAR - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər
Məşq zamanı ölən azyaşlının anası ilə idmançı arasında məhkəmədə qalmaqal - ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum