AZƏRBAYCAN XİN BAŞÇISI İRAN ALİ MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ İLƏ GÖRÜŞÜB
Azərbaycan XİN başçısı İrana səfəri çərçivəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dekabrın 9-da İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olmasından və işğal olunmuş ərazilərin aid olduğu əraziyə qaytarılmasından məmnun olduğunu bildirib və Azərbaycan Respublikası hökumətinə və xalqına tərrəqi və inkişaf yolunda uğurlar arzulayıb.
Əli Şamxani, İran və Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, birgə layihələrin başa çatdırılması və müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının ciddi səylər tələb etdiyini bildirdi.
Nazir Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın haqq mövqeyinə dəstəyini və bu xüsusda nümayiş etdirdiyi prinsipial siyasəti məmnunluqla qeyd edib.
O, iki ölkə liderlərinin ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək istiqamətindəki iradəsinə toxunaraq, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.