• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
İslam / Xəbərlər // 2022 22-09, 15:54

Xanım Fatimeyi Zəhra məscidinə yeni din xadimləri təyin olunub.


Bakı şəhəri, Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi Zəhra məscidinə yeni din xadimləri təyin olunub. 

Mirnasir Mirbağır oğlu Nağıyev imam, Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov isə imam müavinləri vəzifələrinə təyin olunublar. Sentyabrın 21-də Dövlət Komitəsi tərəfindən məscidə yeni təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib.

Bu təyinatlar əhali tərəfindən etirazla qarşılandı. Əhalinin sözlərinə görə, burada artıq müsəlmanları qane edən din xadimləri olub. Yeni axundların təyini səbəbini isə anlamaq olmur.

Məsələ ilə bağlı Sirat.az Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni din xadimləri imtahan nəticələrinə əsasən, təyin olunublar. “Təyinat yeni qanuna əsasən, həyata keçirilib”, – deyə komitədən bildirilib. Əvvəlki axundlar isə vəzifədən kənarlaşdırılıblar.

İmtahanın məscidlərdə vakant yerlər üzrə keçirildiyini və Xanım Zəhra məscidində vakant yerlərin olub-olmaması barədə sual verdik. Belə ki, məsciddə artıq iki din xadimi fəaliyyət göstərirdi və əgər vakant yerlər varsa, əvvəlki din xadimlərinin işdən çıxarılma səbəbi nədir? Cavabında isə bizdən dini qurumlarla iş üzrə şöbəyə yönəlməyi xahiş etdilər. Sözügedən şöbə isə zənglərimizə cavab verməyib.

Bundan əlavə, Dövlət Komitəsindən digər məscidlərdə də din xadimlərinin imtahan nəticələri qaneedici olmadığı təqdirdə işdən kənarlaşdırılacaqları bildirilib.

Qeyd edək ki, yeni təyin edilmiş din xadimlərindən öncə Fatimeyi Zəhra məscidinin axundları Hacı Surxay və Hacı İlqar olublar.

Mənbə : Sirat.Az

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2022 22-09, 15:54

Tarix

İslam / Xəbərlər

Bölmə
Xəbərlər
Tarif Şurasının bu qərarı QÜVVƏYƏ MİNDİ
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp yaradır...
İslam
Elşad Miriyə, İlahiyyatçı Mahir Şəkərovdan cavab gecikmədi.
Xəbərlər
Bu ixtisas qrupunda imtahan fənləri DƏYİŞDİRİLİR
Xəbərlər
Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür - VİDEO
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Xəbərlər / Dünya
Dərinin sürətlə qocalmasına səbəb olan xroniki stres
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
Dünya / Siyasət
Səfirliyimizə hücum oldu, Azərbaycan Livana nota verdi - FOTO/VİDEO
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum