• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Dünya / Siyasət // 2023 26-05, 12:10

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü baş tutub - YENİLƏNİB + VİDEO


Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:
“Hörmətli İlham Heydər oğlu. Hörmətli Nikol Vovayeviç.
Hörmətli həmkarlar, dostlar.
Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaq.
Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb.
Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır.
Biz bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır.
Vaxta gəldikdə, biz bir həftədən sonra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünki həmkarlar bu barədə öz aralarında razılaşmalıdırlar. Bir həftədən sonra normaldır?”
Baş nazir Nikol Paşinyan: “Bəli”.
Prezident Vladimir Putin: “İlham Heydər oğlu?”
Prezident İlham Əliyev: “Bəli”.
Prezident Vladimir Putin: “Mətbuat nümayəndələri çox sağ olsunlar. Biz bir az qapalı rejimdə işləyəcəyik”.
23:51
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 26-05, 12:10

Tarix

Dünya / Siyasət

Bölmə
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB +
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
İslam
İMAM ƏLİ (Ə) SƏHABƏSİ MEYSƏM TƏMMARIN HƏYATI
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
İLAHİ ƏXLAQ. İXLAS.
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Top Xəbərlər
İslam / Dünya
Azərbaycandan olan 672 nəfərlik zəvvar dəstələri, Türkiyənin Iğdır şəhərindən ...
Xəbərlər
​“Whatsapp”ın möhtəşəm funksiyası Azərbaycanda aktivləşdi
Xəbərlər / Siyasət
Ordumuzun antiterror tədbirləri zamanı real döyüş kadrları - VİDEO
Xəbərlər
Olimpiya Kompleksində 16 yaşlı Turanı öldürən şəxslə bağlı QƏRAR - VİDEO
Xəbərlər / Dünya
Liviyada bir şəhər yer üzündən tamamilə silindi
İslam
Sentyabr ayının 24-ü İmam Həsən Əskəri (ə) şəhadət günüdür.
Xəbərlər
Sosial şəbəkə hesablarını necə “qırır”lar? - VİDEO
Xəbərlər
Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq
Səhiyyə
Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19? - Pediatrdan ...
Xəbərlər / Siyasət
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO
Xəbərlər / Səhiyyə
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
Xəbərlər / Dünya
“İphone 15”in təqdimat və satış tarixləri bilindi - Özəllikləri - FOTO
Dünya / Siyasət
İrandan Ermənistana xəbərdarlıq: Regiondan kənar qüvvələri bölgəyə gətirmək ...
Xəbərlər
Məşq zamanı ölən azyaşlının anası ilə idmançı arasında məhkəmədə qalmaqal - ...
Xəbərlər / Siyasət
Hakim niyə özünə qəsd etdi? - Dəhşətli hadisənin təfərrüatları
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum