Ölkədə yeni doğulan körpələrin sayı azalıb, ölüm halı isə artıb

HesenEskeri.az Oxu.Az-a istinad edərək qeyd edir ki, Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 13 təşkil edir.
İlin iki ayı ərzində doğulan körpələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 337 nəfər, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 2 416 nəfər azdır.
2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13 min 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.
Ölkə üzrə 2021-ci ilin yanvar-fevral aylarındakı ölüm halı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 122 və 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 3 090 nəfər çoxdur.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.