Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satanlar cərimələnib
Lənkəranda üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktı aşkarlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində üç mağazada satıcının yetkinlik yaşına çatmayan şəxsə tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.