Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?

Sual: Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?
Cavab: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti mağazadan alınan malların 14 gün ərzində geri qaytarılması mümkündür. Ancaq bəzi malların dəyişdirilməsi və qaytarılmasının mümkün olmadığı barədə qərar qəbul edilib.
Qərara əsasən, dəyişdirilməsi və qaytarılması qadağan olan malların siyahısını təqdim edir:
1. Qızıl və qızıl məlumatları.
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
9. Uşaq oyuncaqları.
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.