• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2023 31-01, 09:32

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür.
Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib.
Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edib. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıblar. Bu, o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırıb və milli dövlətini qurduğunu tam şəkildə bəyan edib. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 0
  • Oxşar xəbərlər
Xəbərə şərh yazılmayıb

2023 31-01, 09:32

Tarix

Xəbərlər

Bölmə
Xəbərlər
Bu il itirdiyimiz MƏŞHURLAR
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB +
Xəbərlər / Dünya
XOCALI SOYQIRIMININ 29-CU İLİ İLK DƏFƏ QURBANLARI QALİB XALQ OLARAQ ANIRIQ!!!
İslam
Avqustun 4-ü böyük mərcəi-təqlid Ayətullah Sistaninin mövlududur.
İslam
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Səhiyyə
Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil.
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top Xəbərlər
İslam / Xəbərlər
Hacı Şahin Həsənli son mənzilə yola salındı
Xəbərlər
Hacı Şahinin vəfatının səbəbi AÇIQLANDI - VİDEO
İslam / Xəbərlər
Hacı Şahin ilə vida mərasimi keçirilir: Dəfn yeri bilindi - YENİLƏNİR + FOTO
Səhiyyə
Həkimlərdən XƏBƏRDARLIQ: Dərhal müayinədən keçin - VİDEO
İslam
Mövlud günlərində paytaxtda şəhidlər adından ehsanlar paylanıb.
Xəbərlər
Qadınlara ŞAD XƏBƏR - Pensiya yaşı ilə bağlı... - VİDEO
Xəbərlər
“WhatsApp”dan vacib XƏBƏRDARLIQ: Bu gündən bəzi hesablar silinəcək
Xəbərlər
Bakıda bu qədər silah haradandır? - Artan kriminal hallarla bağlı polis ...
Xəbərlər
Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR - Ayda 345 AZN ala bilərsiniz...
Xəbərlər
Martın 25-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ
Xəbərlər
"Kupça"sı olmayanlara SEVİNDİRİCİ XƏBƏR - Bu tarixə qədər... - VİDEO
Xəbərlər
Bakıda məktəb ərazisində NARKOMANLARIN YUVASI - VİDEO
Xəbərlər
Ramazan bayramı ilə bağlı neçə gün qeyri-iş günü olacaq? - TƏQVİM
Xəbərlər
Bayram qabağı əhaliyə ŞAD XƏBƏR
Xəbərlər
Metronun iş rejimində DƏYIŞIKLIK
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum