• Profil
HESENESKERI.AZ
  • Ana Səhifə
  • Namaz vaxtları
  • Həsən Əskəri Dərnəyi
    • İslam bir neçə dildə
    • Aksiyalarımız
  • İslama Aid Hər Şey
    • İslam
    • Quran
    • Namaz
    • Dualar
    • Hədislər
    • İslamda qadın
    • İslamda ailə
    • 14 məsumun həyatı
    • Xütbələr
    • Əhkam
  • Xarıbülbül Hekayəsi
  • Kitabxana
  • Xəbərlər
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • Mədəniyyət
Xəbərlər // 2022 31-12, 12:01

Gələn ildən çörəyin qiyməti artacaq? - FOTO


“Hazırda dünya bazarında taxılın qiymətinin artması ilə bağlı gözləntilər yoxdur”.
Bunu açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli 2023-cü ildə çörəyin bahalaşacağı ilə bağlı proqnozlara münasibət bildirərkən deyib.

Xatırladaq ki, sosial şəbəkələrdə təzə ildən çörəyin bahalaşacağı ilə bağlı müzakirələr davam edir. Bunu taxılın məhsuldarlığının azalması ilə də əlaqələndirirlər.
Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycanda istehlak olunan taxılın 50 faizi digər ölkələrdən gətirilir, yəni bu sahədə idxaldan asılı ölkəyik:
“Gələcəkdə müvafiq obyektiv və subyekiv amillərdən asılı olacaq. Düzdür, Rusiya və Ukrayna arasında gedən müharibə taxılın qiymətinin artmasına təsir etdi. Təminat kanallarının dağılması, pozulması taxılın qiymətinin artmasına səbəb oldu. Lakin düşünürəm ki, bizdə məhsuldarlığın aşağı olması taxılın və çörəyin qiymətinin artmasına təsir etməyəcək”.
Ekspert qeyd edib ki, həm idxal, həm də yerli istehsalda sabitlik var:
“Gələn ildən dövlət tərəfindən taxıl istehsalçılarına beş il müddətinə subsidiyaların ayrılması nəzərdə tutulur. Həmçinin işğaldan azad etdiyimiz bölgələrin də iqtisadiyyata dövr edilməsi və taxıl əkinlərinin genişləndirilməsi proqramları həyata keçiriləcək. Bu bizim idxaldan asılılığımızı müəyyən formada azaldacaq.
Taxılın və çörəyin qiymətinin artmasına təsir edən obyektiv iqtisadi amillər yoxdur. Lakin hazırda biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Qeyd olunan faktorların hər hansısa biri dəyişərsə, sözsüz ki, çörəyin qiymətinin artmasına səbəb ola bilər. Amma hazırda bu sahədə sabitlik hökm sürür. Həm idxalda, həm də yerli istehsalda sabitlik var. Düşünürəm ki, yaxın vaxtlarda hələ ki qiymət artımını müşahidə etməyəcəyik”.
Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, taxılın məhsuldarlığı hər hektara görə 30 sentner üzərindədir. 
Qeyd edək ki, statistikaya görə, kənd təsərrüfatı məhsullarının istehsalı çoxalıb. Amma bu ilin 11 ayı ərzində Azərbaycana 2 milyard 88 milyon dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları daxil olub. Bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Nə qədər irəliləyiş qeydə alınsa da, biz bu istiqamətdə xaricdən asılıyıq.
Nəzrin Vahid

Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş
  • Rəylər 1
  • Oxşar xəbərlər
İlahə 1 yanvar 2023 00:40

Allah vursun sizi xaricdən niyə aslı olaq ki bizim nə qədər boş bol məhsul verən yerlərimiz var. Ay Allah'ı tanımayanlar

 

2022 31-12, 12:01

Tarix

Xəbərlər

Bölmə
Xəbərlər
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp yaradır...
Xəbərlər / Dünya
Dünyada ərzaq məhsullarının ucuzlaşması bizə nə vaxt təsir edəcək? - ARAŞDIRMA
Dünya / Siyasət
İlham Əliyev ilə Vladimir Putin arasında təkbətək görüş baş tutub - YENİLƏNİB +
Xəbərlər / Səhiyyə
Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaq - FOTO
Xəbərlər
Avtomobil və mobil telefonlar bahalaşacaq: Qiymət artımına səbəb nədir? - FOTO
Xəbərlər
Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi
Rəy yazın
Ad:*
E-mail:


Sosial Media Səhifələrimiz
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Top Xəbərlər
Xəbərlər
“Sədərək” ticarət mərkəzi bağlanır? - AÇIQLAMA + VİDEO
Xəbərlər
Bakıda 2023-cü ili fəxri xiyabanda keçirən xalqımız.
Xəbərlər
BNA-dan kəskin hava şəraiti ilə bağlı sürücülərə və piyadalara MÜRACİƏT
Xəbərlər / Dünya
Ömrü uzadan pəhrizlər açıqlanıb - FOTO
Xəbərlər / Dünya
Maqnit qasırğası gözlənilir
Xəbərlər
Azyaşlıya qeyri-etik hərəkət edən şəxsin saxlanılma detalları: Görkəmini ...
Xəbərlər
Bakıda yeni ilin ilk qarı fəsadlar törətdi - VİDEO
Xəbərlər / Səhiyyə
Qış mövsümündə immuniteti gücləndirən ən yaxşı məhsullar - FOTO
Dünya / Səhiyyə
Avropada “kraken” “omikron”unun yerini tuta bilər
Xəbərlər
Azərbaycanda ətin kilosu 20 manat oldu
Dünya
Xəzər dənizi dondu - VİDEO
Xəbərlər
Dəfn pulunu ala bilməyən insanlar nə etməlidirlər? - ARAŞDIRMA + FOTO
Xəbərlər
Zəngəzur milli parkında bulaqdan su içən heyvanların maraqlı kadrları - VİDEO
Xəbərlər
Allahşükür Paşazadə 20 Yanvar faciəsi barədə: “İnsanlar əlləri ilə, balta ilə ...
Dünya / Siyasət
Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının yeni görüntüləri - ...
  • Bütün Hüquqlar Qorunur

İcazə

Qeydiyyat Parolu unutdum