Pakistanın İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO
Pakistanın iki ölkə sərhədində yerləşən Sistan və Bəlucistan əyalətinin Seravan rayonu ətrafına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.Bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini məlumat verib.
Onun sözlərinə görə, iki nəfər raket atəşinin qurbanı olub. Daha əvvəl yayılan məlumata görə, hava zərbələri nəticəsində üç qadın və dörd uşağın həlak olduğu bildirilirdi.
Mənbə: IRNA
13:03
Pakistan İranla münaqişənin gərginləşdiyini elan edib və ordunu son dərəcə yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
“İranla münasibətlərin pisləşməsi fonunda Pakistan Silahlı Qüvvələri “son dərəcə yüksək” döyüş hazırlığına gətirilib”, - deyə ölkənin təhlükəsizlik qüvvələrindən bildirib.
Mənbə: Ura.ru
09:18
Pakistan İran ərazisinə raket zərbələri endirib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, hücumda məqsəd İranda yerləşən anti-Pakistan terror qruplaşmalarının sığınacaqları olub.
İranın Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışlarda üç qadın və dörd uşaq olmaqla yeddi nəfərin öldüyünü bildirib. Ölənlərin heç biri İran vətəndaşı olmayıb.
Xatırladaq ki, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın İranla sərhəddə yerləşən Bəlucistan əyalətinə ballistik raket və pilotsuz təyyarələrlə hücum edib. Hücum nəticəsində iki uşaq ölüb.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.