Yağış yağacaq, güclü külək əsəcək, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir, oktyabrın 26-27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Belə ki, şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 26-da yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-i axşamdan 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « Oktyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Top Xəbərlər
















































