Güclü külək əsəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 6-dan 7-si səhərədək arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Dərnəyimiz Haqqında
Saytımızı bəyəndinizmi ?
Tarixlə Xəbərlərə Bax
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||
Top Xəbərlər
















































