İmam Əli ziyarətgahının “Əl Rovza Heydəriyyə” kitabxanası fəaliyyətə başladı
İraqın Nəcəf şəhərində İmam Əli (ə) ziyarətgahının İntellektual və Mədəniyyət Mərkəzinin binasının nəzdində yaradılmış “Əl Rovza Heydəriyyə” kitabxanasının açılışı baş tutub.
HesenEskeri.az Az.shafaqna.com -a istinadla xəbər verir ki, mərasimdə Dini Mərcəiyyətin nümayəndələri, yerli üləma, yerli hakimiyyət təmsilçiləri, İran İslam Respublikasından gələn nümayəndə heyəti və media təmsilçiləri iştirak ediblər.
Mərasim Həzrət Əli (ə) ziyarətgahının Xanım Fatimeyi Zəhra (s.ə) həyətyani hissəsində keçirilib.
Burada bir milyon kitab oxucuların istifadəsinə verilməklə, oxu zalı, danışma və eşitmə qüsuru olanlar üçün xüsusi bölmə, kitab, qəzet və digər arxioloji əlyazmaların saxlandığı arxiv idarəsi və s. fəaliyyət göstərəcək.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.